XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 08:40

“Yazı” dərgisinin yeni sayı çapdan çıxıb

Картинки по запросу yazı dərgisi

“Yazı” ədəbiyyat dərgisinin 13-cü sayı işıq üzü görüb. Baş redaktorun “Yeni naturalizmə doğru” yazısı ilə açılan dərginin rubrikaları yenə rəngarəngdir.

“Sözümüzün yiyələri” rubrikamızda görkəmli şairimiz Vaqif Səmədoğlunun şerləri yer alıb.

“Bir kitab şer”də oxucular Şəhriyar del Geraninin, poeziya bölümündə isə Könül Həsənqulu, Məmməd İlqar, İsfəndiyar Əhmədli, Esmira Məhiqızı, Elnur Astanbəyli, Ruzbeh, Cavanşir Muradlının şerlərini oxuya biləcəklər.

“Yazıçının arxivindən” bölümündə mərhum yazıçımız Sabir Əhmədlinin “Yazılmayan yazı” memuar romanının əvvəli verilib. “Həsr” bölümündə Kənan Hacının “Fironun dəftəri” romanının sonu, Əjdər Ol, Mübariz örən, Mövlud Mövlud, Həmid Piriyev, Oğuz Ayvaz, Xan Abdulla, Azad Qaradərəlinin hekayələri yer alıb.

“Yaradıcılıq Emalatxanası” rubrikası BSU Yaradıcılıq Fakültəsinin tələbələrinə həsr olunub. Burada Vəli Efe, Sərvər Kamranlı, Sevil İşıq, Zaur Sahil, Zamiq Mehdisoy, Günay Həsənli, Dəniz Pənah, Gültən Qədirlinin yazıları ilə tanış olmaq olar.

“çevirmə” başlığında Nobel ödülçüsü Mario Varqas Lyosanın “Su içində balıq kimi” romanından parçalar, Ataol Bəhramoğlu, Fərrux Fərruxzad, Herman Hesse və özbək ədəbiyyatından (Fərqanə məktəbi) çevirmələr dərc olunub.

“Güney sovqatı” rubrikasında Kiyan Xiyav və Ramin Cahangirzadənin yazıları yer alıb.

“Esseistika” bölümündə Niyazi Mehdinin iri həcmli essesinin davamı, Mehman Qaraxanoğlunun Mübariz örənin yaradıcılığına həsr olunmuş qeydləri və “Rakurs” bölümündə Vahid Qazinin yazısı verilib.

“Palirta” bölümündə gənc rəssam Pəri Miniatürün yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.