XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 08:25

Eluca Atalı Türkiyədə konfranslar keçirir

Stokholmda yaşayan ünlü Azərbaycan yazarı Eluca Atalı bir neçə gündür ki, Türkiyədə görüşlər keçirir. Türkiyə xəbər saytlarının verdiyi bilgiyə görə, Eluca Atalı Türkiyənin bir sıra şəhərlərində “Əsarət altındakı Türk yurdları və Güney Azərbaycan” mövzusunda silsilə konfranslar keçirir. Eluca Atalı Strateq.az-a səfərinin məqsədini belə izah edib: “Türkiyəyə səfərimin məqsədi “Azadlıq hekayələri” və “Atlara kurşun sıkmayın” adlı iki kitabımın İstanbulda yayımlanması idi. Bununla bağlı burada ayrı-ayrı yerlərdə görüşlərim, eləcə də Ankarada, Kayseridə, çanakkalada, Bursada və İstanbulda konfranslarım və imza günlərim keçirildi. Görüş və konfranslarım hazırda davam etməkdədir. Bu gün İzmirdə, sabah isə (9 apreldə) İstanbuldakı Atsız Kültür Evində və Azərbaycan Evində imza günüm və çıxışlarım olacaq”.

Yazıçı Eluca Atalı səfər çərçivəsində bir sıra xəbər saytlarına və qəzetlərə müsahibələr verib, Azərbaycan xalqının üzləşdiyi haqsızlıqlardan, Qarabağ acısından və Xocalı faciəsindən ətraflı danışıb.

Namiq