XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 22:32

Bakıda qeyri-adi kitabxana:kitablar 20 qəpiyə satılır + VİDEO

Biznes universitetinin məzunu olan Ziya Balıyev açdığı kitab mağazası ilə hər kəsi təəccübləndirib. Çünki bu mağazada kitablar cəmi 20 qəpiklə-1 manat arasındakı qiymətlə satılır.

Strateq.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Nizami metrosunun yaxınlığında Zərgərpalan küçəsi 137 ünvanındakı bu maraqlı kitab mağazasından gedir.

Biznes universitetinin məzunu olan Ziya Balıyev kitabların ucuz qiymətə satılmasının alıcılar tərəfindən maraqla qarşılandığını deyir.

Ziya Balıyev insanların kitabların olan sevgisini artırmaq üçün belə təşəbbüslərin sayının artmasını istəyir. 

Onun fikrincə belə ucuz qiymətə olan kitab mağazaları bölgələrdə də yaradılmalıdır ki, insanların oxumağa maraqları artsın.