XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 09:17

“Dollar, dollar, səni yormur yollar?” – Elza dollara şeir həsr etdi

Əməkdar artist Elza Seyidcahan Azərbaycanda dollar məzənnəsinin qalxmasına şeir həsr edib.

Strateq.az Kulis-ə istinadən “Dollar” şeirini təqdim edir:

Dollar, dollar
Səni yormur yollar?
Bizi yordu borclar .
Niyə etdi corclar ?
Ora çatmaz qollar
Qapıda durur dollar.
Belə getsə nə olar?
Nə olar bizə olar.
Dollar, dollar
Dola-dola doldun
Dərdimizdən soldun?
Dola.
Dola.
Bizi dola.
Onu dola,
Bunu dola.
çıxmısan bir uzun yola
Daha bəsdir
Zil notlara çıxma sən.
Qulağımızı kəsmə sən.
ömrümüzü üzmə sən .
Neçə vaxtdır dostumuzsan
Sevirik səni bilmirsən?
Eşqindən havalanmışıq.
Dərdindən paralanmışıq
Ləzzətindən suslanmışıq
Sən qızsan, ya oğlansan?
Qocasan, ya sən cavansan?
Sən bizi nə sanansan?
Bu odlara bizi salan sən
Bəlkəm sən xəstələnmisən?
Ulduz xəstəliyindəsən?
Elvis Preslidən də sən
Maykl Ceksonda da sən
Uitni Hyustondan da sən
Elza Seyidcahandan da, sən
Betər xəstələnmisən, yetər!
Sevginin gözü kor olur.
Sən nə deyirsən o olur.
Borclar dolur, dolur, dolur
Yollar yorur, yorur, yorur.
Qollar solur, solur, solur
Dollar dolur, dolur, dolur.
Dollar dolur, dolur, dolur
Dollar yolur, yolur, yolur
Dollar dolur, dolur, dolur.