XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2015 - 07:17

Tanınmış şair vəfat etdi

Tanınmış şair Məmməd Dəmirçioğlu vəfat edib.

Bu barədə  şairin yaxın dostu Mehman Əhməd məlumat verib. Onun sözlərinə görə, Məmməd Dəmirçioğlu bu gün səhər saatlarında dünyasını dəyişib:

“Məmməd Dəmirçioğlu bir az əvvəl ürək tutmasından vəfat edib. Onun ölüm xəbərini mənə kürəkəni Babək dedi”.

Qeyd edək ki, Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun İncə Dərəsində – Qaymaqlı kəndində dünyaya gəlib. O, “Dəmirçioğlunu dindir”, “Eşqəm”, “Səhra gülləri”, “Söz-söz açılan göy üzü” kimi kitabların müəllifidir.

Axar.az