XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Oktyabr 2017 - 13:11

Avstriyalı şair Bakıda kitabını təqdim edib –“Bakıya indiyə qədər gəlmədiymə görə təəssüflənirəm” –FOTO

Avstriyanın məşhur şairi Karl Lubomirskinin Bakıda poeziya gecəsi və kitabının təqdimatı keçirilib.

Strateq.az xəbər verir ki, Avstriyanın ölkəmizdəki səfiri Aksel Vek çıxışında Avstriyanı dünyaya tanıdan kalssiklərindən, bəstəkarlarından, musiqiçilərindən, şair və yazıçılarından söz açaraq onların əsərlərinin bu gün də sevilərək dinləndiyini, oxunduğunu vurğulayıb.

Səfir K.Lubomirskinin 50-dən artıq ölkədə olduğunu və  Azərbaycana ilk dəfə gəldiyini qeyd edərək, şairin iki dildə – Alman və Azərbaycanca “Özümdən elə uzağam” şeirlər kitabının çap edildiyini bildirib.  K.Lubomirskinin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub,  yüksək mükafatlara layiq görülüb. Yaradıcılığından qısa məlumat verən şair, şeiri başa düşmək üçün onun yaranmasını da anlamaq lazım olduğunu deyib: “Sanki kainatda bir uçuş baş verir, İnsan anlayır ki, şəxsən o cəmiyyət demək deyil. Əgər sənətçi nə etdiyini bilərsə, bu o demək deyil ki, o nəyəsə nail olub, yaradıb. Stolu yenidən düzəltmək olar, amma hansısa rəsm əsərini yenidən yarada bilməzsən”. Bakının, Şəkinin gözəlliyinə valeh olan, burada özünü rahat və evindəki kimi hiss edən K.Lubomirski əvvəllər Azərbaycanda olmadığına təəssüfünü də gizlətməyib. O, yenidən ölkəmizə gəlmək, Azərbaycanın gəzməli yerlərini görmək istədiyin açıqlayıb. Avstiryada dünyaya gələn, sonradan İtaliyaya köçüb orada yaşayan şair, doğulduğu və yaşadığı ölkələr arasında fərq qoymayaraq,  “Mənim vətənim Avropadır” deyib.  Daha sonra şair K.Lubomirski şeirlərindən parçalar səsləndirib.

Vətən

O yerdə ki ağaclar qardaşındır,

O yerdə ki, hər bir bulud bacındır.

O yerdə ki, mavi göylər atandır,

O yerdə ki, torpaq sənin anandır,

O yerdə ki, ağlarsan için-için,

Sevincdən- gülüşdən,

qəmdən-kədərdən,

O yerdə ki, qürbətdə ölməkdən

üstün tutursan

Bircə günlük tez ölümü,

Ora sənin Vətənindir.

 

L.SƏMLA

 Strateq.az