XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

12 Oktyabr 2017 - 14:26

Lənkəranda “Məmməd Araz “poeziya günü keçirilib –FOTOLAR

 

Müasir Azərbaycan ədəbiyyatının ən ünlü simalarından biri,çağdaş poeziyamızın təkrarsız siması, xalq şairi Məmməd Araz Lənkəranda ehtiramla anılıb.

Bu barədə Strateq.az saytına Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib. Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondu, Respublika Yazıçılar Birliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində keçirilən “Məmməd Araz” poeziya günündə Lənkəran Dövlət Universitetinin professor – müəllim – tələbə heyəti də fəal iştirak edib. İştirakçılar ilk öncə mərkəzin foyesində təşkil olunmuş kitab sərgisində şair M.Arazın müxtəlif illərdə çap olunmuş kitabları ilə tanış olublar.

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, M.Araz irsinin yorulmaz tədqiqatçısı Qardaşxan Əzizxanlı açaraq şairin mənalı həyat yolu, ədəbi irsi, təkrarsız poeziya nümunələrindən ətraflı bəhs edib.

Sonra Məmməd Araz yaradıcılığına həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. LDU-nun Azərbaycan Dili və Ədəbiyyatı Müəllimliyi fakültəsinin 2-ci tədris ili tələbəsi Nihad Piriyev 1-ci yeri tutaraq xüsusi mükafata – M.Araz adına “Qartal” mükafatına ,fəxri fərman və diplomlara, ”Bilik” fondunun xatirə hədiyyələrinə, eyni zamanda pul mükafatına layiq görülüb. Onun kurs yoldaşları Cavidan Cəfərov ikinci, Məlahət Əhmədova 3-cü dərəcəli diploma və xatirə hədiyyələrinə layiq görülüblər. Qaliblərə hədiyyələri Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov və millət vəkili, yazıçı Aqil Abbas təqdim ediblər.

Tədbirdə çıxış edən LDU-nun prorektoru, filologiya elmləri doktoru Yədulla Ağazadə Məmməd Araz yaradıcılığının bədii xüsusiyyətlərini ətraflı şərh edib, şairlə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.

LDU-nun tələbələrinin ifasında səslənən şairin vətənpərvərlik ruhlu şerlərindən ibarət ədəbi- bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Şairin doğmaları adından çıxış edən millət vəkili, yazıçı-publisist Aqil Abbas belə görüşlərin, tanınmış şairlərin poeziya günlərinin milli dəyərlərimizin formalaşmasında, vətənpərvərlik, milli təəssübkeşlik hisslərinin gənc nəslə aşılanmasında vacib rol oynadığını deyib, tədbirin təşkilatçılarına , həmçinin poeziya günündə fəal iştiraklarına görə LDU kollektivinə minnətdarlıq bildirib.