XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 16:32

Prezidentin köməkçisi yazıçı haqda yazdı:"Ustad Əli İldırımoğlunun əsərlərini oxuduqca, bir daha əmin olursan ki..."

"Səmimiyyətlə etiraf edirəm ki, müstəqillik dövrümüzün ən məhsuldar yazıçısı hesab etdiyim ustad Əli İldırımoğlunun əsərləri ilə dərindən və hərtərəfli tanış ola bilməmişəm. Amma əminliklə deyə bilərəm ki, ustad Əli İldırımoğlu çox zəngin və mənalı həyat yolu boyu qeyri-adi talant və iradə nümayiş etdirərək xalqımızın həyatını mühüm bir mərhələsini, xalqımıza məxsus mənəvi dəyərləri sevgi-məhəbbətlə, xüsusi qayğı ilə oxucularına çatdırır".

Strateq.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Novruz Məmmədov sosial şəbəkədəki səhifəsində yazıb.

O, bildirib ki, yazıçı Əli İldırımoğlunun əsərlərii tanış olandan sonra uşaqlığında sevə-sevə oxuduğu, sonra isə həsrətini çəkdiyi nağıllar kimi ayrıla bilmir:

"Düşünürəm ki, insanın xalqına, torpağına bağlılığının bundan böyük sübutu və nümayişi ola bilməz. Elə buna görə də Əli İldırımoğlu yaşadığı dövrün isti, doğma nəfəsini xatirələrində elə məharətlə təqdim edir ki, o illər kino lenti kimi göz qabağında canlanır və sanki səni interaktiv iştirakçıya çevirir.

Məhz buna görə Əli İldırımoğlu uzun illər Azərbaycan torpağında özünə sığınacaq taparaq yaşayan qonşuların riyakarlığına, nankorluğuna, xəyanətinə dözə bilmir, onları ifşa edərək, öz silahı ilə sarsıdıcı zərbələr endirir.

Əli İldırımoğlunun əsərlərini oxuduqca bir daha əmin olursan ki, millətin, xalqın rahat firavan yaşaması üçün onun keçmişindən güc alaraq, bu gününə arxalanaraq gələcəyini təmin etmək ən mühüm vəzifədir".