XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

22 Noyabr 2017 - 20:19

“YAZI” ədəbiyyat dərgisinin yeni sayıçapdan çıxıb

 

“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb. Dərginin qurucusu və baş redaktoru Azad Qaradərəlinin Strateq.az-a dediynə görə, “Baş redaktordan” yazısı ilə açılan dərginin “Yazıçıların arxivindən” rubrikasında Sabir Əhmədlinin “Yazılmayan yazı” memuarının davamı,  “Yubiley” bölümündə isə yazıçı Əkrəm Əylislinin 80 illiyi ilə əlaqədar materiallar verilib.

“Poeziya” bölməsində Əjdər Ol, İbrahimxəlil, Qardaşxan, Qismət Məsim, Aydın Dəmirçi, Cabir Albantürk, İltimas Səmimi, Azər Xanlar, Pərvanə Bayramqızının şeirləri, “Nəsr” bölümündə Sirac Mustafayev, Şəhla Nihan, Həmid Piriyev, Xəyyam Nəbiyev, Yalçın Hüseynlinin hekayələri və Usuboğlunun uzun hekayəsi çap olunub.  

Güneydən səslər”də Məhəmmədəli Məhzunun bir şeiri, habelə Almaniyada yaşayan güneyli yazıçı Fəriba Vəfinin “Tərlan” romanının mükafata layiq görülməsi haqda xəbər, “Çevirmə”də  Şarl Bodler, M.Svetayeva, O.Mandelştam (Xeyrulla Xəyalın tərcüməsində), Turqut Uyarın şeirləri və Xulio Kortasar, Kazio İşiquronun hekayələri,  “Esseistika” bölümündə A.Qaradərəlinin  Qanturalının “Fələk qırmancı” romanı barədə essesi verilib.      

Yaddaş”da nakam şair Rauf Soltan haqqında yazı və şeirləri, “Satira”da Arif Həkimoğlunun satirik şeirləri, “Ədəbiyyatımızın ayıb yeri” rubrikasında S.Vurğunun H.Cavid haqqında yazdığı “Səadət düşmənlərinə şeiri, “Palirta”da böyük italyan rəssamı Amadeo Modilyaninin yaradıcılığı haqda  məlumat və  rəsmlərindən nümunələr, habelə həvəskar rəssam Natiq Soltanovun əl işləri oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri,  yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.