XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 17:27

Mauri Kunnasın uşaqlar üçün yazdığı kitab satış rekordu vurur- 163 mindən artıq nüsxəsi satılıb

Ötən il Finlandiyada ən çox satılan kitab məşhur fin yazıçısı, komikslərin və illüstrasiyalı kitabların müəllifi Mauri Kunnasın yeni əsəri olub. Fin tarixi seriyasından olan bu kitabın qəhrəmanları itlərdir.

Azərtac xəbər verir ki, nəşrin ümumilikdə 163100 nüsxəsi satılıb. Uzun illərdir ki, heç bir fin kitabı bu cür böyük həcmdə satılmayıb.

Yeni əsər nəinki il ərzində ən çox satılan kitab adını qazanıb, həm də buraxıldığı ildəki satışın yekunlarına görə, tarixdə ən çox satılan fin kitabı olub. Kitabda Finlandiya tarixinin XVI-XIX əsrlərə aid hadisələri uşaqlara anlaşıqlı formada çatdırılır.

Ümumilikdə, 2017-ci ildə ölkədə kitab satışı əvvəlki illə müqayisədə 5,4 faiz artıb. Ən çox satılan bədii əsər Yuha Hurmenin “Burun” romanıdır. Bu əsər “Finlandia” mükafatına layiq görülüb. Sonrakı yeri isə ölkənin birinci xanımı Yenni Haukionun “Şimal səmasına baxıram” adlı şeirlər antologiyası tutur.