XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

18 Aprel 2015 - 06:39

Haqqa qayıtmaq hər kəsin haqqıdır

Haqla batili ayırd edən mərhələyə daxil olmuşuq

Müqqəddəs kitabımızda”yaranışın mərhələsi”deyilən kəlam var, yəni yaranış ilahi mərhələdən adi mərhələyə enir. Yaradan gildən yaratdığı bu bədənə ruhundan üfürüb ona can verəndə öz ilahi keyfiyyətlərini də yaratdığına ötürdü. Artıq yaradilan özünün əzəl mərhələsindən (buna ruhun “qızıl” halı deyilir) son mərhələsinə (yəni ruhun “dəmir”halına) yaxınlaşıb. Unikallıq ondadır ki, ilahilikdən adiliyə keçən mərhələ bir neçə min illər çəksə də, adilikdən ilahiliyə keçən mərhələ çox qısadır. Bu qısa zaman haqla batili ayırd edən zamandır. Bu dövrə haqq-hesab dövrü deyirlər. O həm də keçid dövrüdür – adilikdən ilahiliyə keçid.

Zəmanəmiz artıq özünün “dəmi”r dövrünü yaşayır. Ona görə dəmir ki, dunya da bu elementin keyfiyyətləri kimi həm əyilir, həm sınır, həm də əzəl təbiətinə yad olan süni qatqiları asanlıqla özünə qəbul edir. Hal-hazırda ruhun halı da belə bir dönəmdən keçir. O da dəmir kimi dözümsüz olub tez paslanır və işığı azaldıqça dəmir kimi rəngi tündləşir. Ruh əzəli təbii keyfiyyətinə, yəni saf, sakit, məmnunluqla dolu halına yad olan acılıq, qəzəb, kin-kudrət, küskünlük kimi halları yamaq kimi yapışdırıb. Ruh “qızıl” dövrdə yaşadığı halını, -o hal ki, qızıl kimi saf, dözümlü, parıltılı idi – itirərək hal-hazırkı duruma yuvarlanıb.

Ruhun 7 ilahi halından xəbər verən 7 rəngli şüası haləsində bərq vururdu. Lakin bu düşgünlük onu ümidsizləşdirməsin. Necə deyərlər: “Yaman günün ömrü az olar”.

Fələyin carxı fırlanıb bizi yenə də sondan başlanğıca gətirəcək. Bu dünyanı idarə edən şeytan xislətli enerjinin darmadağın olmasına elə də çox qalmayıb, cünki dövrün üzərində qurulan həyat prosesi zülmət qaranlığını keçib, dan yerinin sökülmə prosesini yaşayır, qarşıda aydın işıqlı səhər bizi ağuşuna cağırır.Ona görədə “dəmir”dövr nə qədər zülmkar dövran olsa da, həm də “məhsuldar” dövr adlanır, çünki bu zamanın qaranlığında işıqlı bir portal da açılıb. Bu işıq qəlbləri maqnit kimi özünə çəkir. Maqnitin gücü isə getdikcə artır.

Ey insanlar, sadəcə, bu gücün istiqamətini tuta bilin. Heç bir kəsin ixtiyarı yoxdur ki, desin: “Bu mənlik deyil, bacarmaram”. Hər bir ruhun daxilində bu potensial var, çünki ruhun mayası ilahi işıqdır, hər kəsin haqqıdır haqqa qayıtmaq. Sadəcə, oyanmaq gərəkdir, özünü və hər kəsi işıq kimi görmək gərəkdir. Bu portala düşmək ruhun qarşıda keçəcəyi bir neçə minillik ömür yolunda çox vacib bir yol olacaq, yəni uğurlu tale yazısı olacaq.

Buna çatmağın asan yolu düşüncələrimizlə işləməyi öyrənməkdir.

Ağlımızla müqavilə bağlayaq: “Sən mənə kömək edirsən, mən isə səni məmnun edirəm”.

Güc birlikdədir. Əvvəlcə bu birliyi özünüzdə yaradırsınız. Mənim ağlım, mənim bütün hiss orqanlarım artıq bu gündən mənə, yəni ruha tabe olur. Əslində, vicdan da o ruhun tərkibində yerləşib. Mənim əmrimdən kənara çıxmırsınız. Dil, göz, qulaq, yalnız mənim məsləhət gördüyümü danışırsınız, görürsünüz, eşidirsiniz. Bu eksperiment düşüncələrimizdə gözəl əksini tapacaq. Düşüncə isə enerjidir, yəni maddiləşir, həyata keçir. Düşüncələrimiz təmizləndikcə onun enerji titrəşimi hal-hazırda dünyamıza axan ilahi işıq enerjisinin titrəşiminə yaxınlaşacaq. O zaman maqnitin gücü düşüncələri təmizlənmiş ruhun istiqamətini tutub özünə çəkəcək və ruh avtomatik o portala düşəcək, yəni Ali Mənbə ilə, Nurla təmas yaradaçaq. Bu texnikaya “yoqa”, yəni “birləşmə”deyirlər. Sohbət Raca Yoqadan gedir. “Raca” şahlıq, ucalıq deməkdir. Bu söz iki mənada götürülüb, həm ağlın, hiss orqanlarının idarəçisinə, şahına çevrilirsən, həm də Uca Varlıqla təmas qurursan. Bu, intellektin yoqasıdır, yəni adi düşüncələri ali düşüncələrə transformasiya edirsən. İlahi Nur hər an öz işığını bizdən əsirgəmir. Bu işıq göy qurşağı kimi 7 rəng calarına ayrılır. Bu təsəvvürü düşünçənizdə yarada bilsəniz, işıği vizuallaşdıra bilərsiniz. Hər bir rəng Yaradanın keyfiyyətlərinə işarədir. Yaşil rəng onun sevgi mücəssəməsi olmağına işarədir. Narincı safliq, mavi hüzur, yasəməni həzz, məmnunluq, sarı xoşbəxtlik işığıdır. Göy Tanrının ilahi, sonsuz biliyindən xəbər verir. Qırmızı isə bütün güclərin toplusudur.Yaradan öz ruhundan üfürəndə bu sərvətləri bizə də ötürüb. Yalnız ağlımız həmişə maddi varlıqlarla məşğul olduğuna görə düşüncələrimizin dalğa uzunluğu müqəddəs işığın dalğa uzunluğundan çox fərqli olur. Ona görə də biz hər an ətrafımızdan axıb gedən nektar şüalardan özümüzü məhrum edirik. O nektarın sahibi ruhların Loğmanıdır, daha doğrusu, Cərrahıdır, cünki ruh hər dəfə Nurun kanalına düşəndə aldığı nektardan sağalır, daha doğrusu, ruhda olan qüsürlar Cərrahın bıçağı ilə kəsilib atılır və ruh hər dəfə özünü daha ağrısız, sağlam, güclü hiss edir. özünün keçid dövrünü yaşayan ruh düşdüyü kimi də qalxır. İntellekti qəbul eləməyən ruh isə keçid dövrünə keçmədən “dəmir dövrü”nü (həyatın mübarizəli, keşməkeşli mərhələsini) yaşayır.

Qarşıda hamımızı ilahi möcüzə gözləyir. Bu möcüzəni qəlblə duymaq üçün buna hazırlaşmaq lazımdır, yəni təmizlənmək, saflaşmaq lazımdır. Hazırlıqlı qəlblər ilahi möcüzənin gücünü duyduqca bənizlər sevincdən işıq saçacaq, hazır olmayanların isə təəssüf hissi ilə rəngləri tutqunlaşacaq. çox düşünüb seçim etməyə, əslində, elə də çox vaxt qalmayıb, çünki təmizlənmə prosesi çox vaxt istəyir.

Mahirə Əliyeva, raca yoq