XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2015 - 13:41

Sabir Əhmədlinin xatirəsi yad edildi

Azad Qaradərəli: “Ustad yazıçı Sabir Əhmədlinin nəsri ən böyük qiymətini zaman keçdikcə alacaq”

Yazıçı Azad Qaradərəli öz facebook səhifəsində ustad nasir Sabir Əhmədlinin xatirəsinin yad ediləcəyi barədə fikirlərini bölüşüb. Bu barədə sualımıza Azad Qaradərəlinin cavabı belə oldu:

-Böyük tarixi hadisələr, adətən, zamanında qiymətləndirilə bilmir. Məsələn, müharibələr haqda ən yaxşı əsərlər həmin hadisədən 20-25 il sonra yazılır. Böyük şəxsiyyətlər də belədir. Ustad yazıçı Sabir Əhmədlinin nəsri ən böyük qiymətini zaman keçdikcə alacaq. “XAN” nəşriyyatı onun “Yazılmayan yazı” memuar romanını müəyyən ixtisarlarla (layihənin tələbinə görə) artıq çap etməyə başlayıb. Bizim “Yazı” dərgisində isə həmin əsərin bütöv şəkildə (760 min işarə) çapı başlanıb. Yaxın gələcəkdə vəsait tapa bilsək, yazıçının bütün külliyyatının çapı barədə də düşünürük. Bir sözlə, Sabir Əhmədli Azərbaycan oxucusu üçün öz önəmini bu gün də saxlayır və əminəm ki, 100 il sonra da belə olacaq.

Qeyd edək ki, aprelin 17-də, yəni dünən ustad yazıçının ailəsi, dostları və oxucuları Sabir Əhmədlinin Mehdiabad qəbiristanlığındakı məzarını ziyarət ediblər.