Oljas Süleymanovun “Az-Ya” əsəri yeni tərcümədə nəşr olunub
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından növbəti nəşr – görkəmli qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymanovun “Az-Ya” əsəri işıq üzü görüb.
Tərcümə Mərkəzindən Strateq.az-a verilən məlumata görə, türk xalqlarının tarixinə yeni yanaşma, fərqli, orijinal münasibət sərgiləyən bu əsər uzun illər sovet ideoloji cəbhəsinin hücumlarına məruz qalsa da, müstəqillik illərində dünyanın bir çox dillərinə tərcümə olunaraq, kütləvi tirajlarla nəşr edilib:
“Kitab Azərbaycan dilinə görkəmli tərcüməçi, uzun illər Tərcümə Mərkəzində çalışmış mərhum Natiq Səfərov tərəfindən çevrilib”.