XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

09 İyul 2018 - 10:43

Xalq şairi Musa Yaqubun vəziyyəti yaxşılaşır:“Yemək yeməyi düzəlib, həyətə girib-çıxır”

 

Azərbaycanın sevimli şairi Musa Yaqubun səhhəti yaxşılaşmağa başlayıb.

Bu barədə şairin qızı Yaqut Yaqubova “Yeni Müsavat”a bildirib: “Əvvəlkinə nisbətən səhhəti yaxşılaşıb, yemək yeməyi düzəlib, həyətə girib-çıxır. Lakin çox tez yorulur. Yəni, əvvəlki enerjisi, möhkəmliyi, sağlamlığı qalmayıb. Danışığında da bir qədər problemlər qalıb. Tez yorulduğu üçün çox da danışa bilmir. Bir ara ümidimizi üzmüşdük ki, daha səhhəti düzəlməyəcək. Lakin şükürlər olsun ki, getdikcə yaxşılaşmağa başlayıb. Həkimlər dərmanlar yazıb, çalışırıq ki, vaxtlı-vaxtında qəbul etsin”, – deyə Yaqut xanım qeyd edib.

Yaqut Yaqubova onu da deyib ki, atasının dostları, oxucuları hər zaman ona dəstək olur, vəziyyəti ilə bağlı maraqlanırlar: “Dostları, yaxınları, oxucular hər zaman əlaqə saxlayır, hal-əhval tuturlar. Elə bir gün yoxdur ki, gələn, zəng edən olmasın. Hamısından razıyıq”.

Şair Musa Yaqub uzun müddətdir ki, Parkinson xəstəliyindən əziyyət çəkir. Bir müddət bundan əvvəl xəstəlik şiddətləndiyi üçün şairin səhhətində ciddi problemlər yaranmış, vəziyyəti ağırlaşmışdı.