XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 07:51

 Kapitan Təmirov yazır:"Qəhrəman şəhər və azadlığa gedən yol..."

temirov-1Hafiz Təmirov,

polis  kapitanı

 

Düz 26 il bundan öncə, Bakıda qırğın oldu. Elə bir qırğın ki, ondan qan yox, “Azadlıq ətri” gəlirdi.

Bakı həm də qəhrəman şəhərdir. Bunu Bakını yağmalamağa, odlara qalamağa gələnlər də yaxşı bilirdilər. Ancaq unutmuşdular. Unutmuşdular ki, öyündükləri imperiyanı çökməkdən, parçalanmaqdan və məhv olmaqdan, sözün əsl mənasında, Bakı qorudu. Qanımızla, canımızla döyüşlərdə adımızı qəhrəmanlar sırasına yazdırmaqla kifayətlənmədik, qızmar günəşin altında, şaxta qılınc kimi kəsəndə böyük sovetlər ölkəsi üçün neft çıxardıq. Analarımızın titrək əlləri, ürəklərinin odu ilə toxuduqları isti əlcəklərlə, yun corablarla sovet əsgəri Berlinə kimi döyüş yolu keçdi.

Yaxşılığı başa qalxmaq, dilə gətirmək bizlərə yaraşmaz, ancaq tarix-tarixdir və fakt-faktlığında qalır.

O gün qəhrəman şəhərin və onun övladlarının üstünə topla-tankla, üstəlik, haylardan ibarət hərbi birləşmələrlə gəldi qırmızı ulduzluların nəvə-nəticələri. Bakının hər küçəsindən, tinindən dəmir donlu maşınların tırtılının səsi eşidildi. Günü, zamanı belə “Komendant saatı”na tabe etmək üçün az qala saatın hər saniyəsinin yanına bir əsgəri gözətçi qoymuşdu “çağırılmamış qonaqlar”.

Bəlkə də indi hər kəsin təəccübünə səbəb olar yazdıqlarım. O illəri xatırlayanlar deyir ki, sanki möcüzə idi. Bakı kəndlərində gülçülüklə məşğul olanların istixanalarında qərənfillər baş-başa verib biri-biri ilə yarışırmış kimi, elə açmışdılar ki, elə bil, qışla yay yerini səhv salıb.

Bu, həqiqətdir ki, baş verəcək bədbəxt hadisədən təbiət daha tez duyuq düşür. İnsandan başqa yerin altında və üstündə nə ki canlı varsa, onu duyur, hiss edir. Sadəcə, qəlpə-qəlpə təbiətdən qopan, bir zaman təbiətin bir parçası olan insan onu duymaqda aciz qalır.

Kim bilir, bu da ilahi bir qanunauyğunluqdur, bəlkə də…

20 Yanvar şahidlərinin biri deyir ki, bizi gülləyə tutanlardan biri yarı rus, yarı ermənicə: “Biz buraya, Bakıya Azərbaycan xalqını ovlamağa gəlmişik”,– deyəndə bildim ki, qara buludlar xalqımızın üstünü almaqla kifayətlənməyəcək, bu qara buludlar özləri ilə ölüm də gətirəcək. Necə ki, 19-dan 20-nə keçən gecə  məlum faciə baş verdi…

O gecə təkcə Bakı qanımıza bələnmədi. Azərbaycanın bir çox rayonunda, şəhərində, Neftçalada, Lənkaranda insanlar gülləbaran edildi…

Xalqımızın qəhrəman oğul və qızları dəmir donlu maşınlarla, o maşınları idarə eyləyən daş ürəkli silahlı qatillərlə üz-üzə gəldilər. Olum və ölüm mücadiləsində qalib çıxmaq üçün alın yazımıza belə üsyan etməyə hazır idik. Bıçaq sümüyə dirənsə də, ölüm qapını kəsdirsə də, öldü var, döndü yoxdu…

Biz haqqımızı istəyirdik. Qolumuzdakı zəncirləri qırmaq üçün “azadlıq” adlı yola ölümü belə gözümüzə alıb çıxmışdıq. Bizə layiq olan “Azadlıq haqqı”mıza qovuşmağa, hürr olmağa, “Bir gün azad yaşamaq qırx il kölə kimi yaşamaqdan daha üstündür”, – deyən babalarımızın müqəddəs ruhunu sevindirməkdən ötrü o qanlı gündən bugünümüzə yol açmaqda israrlıydıq. Və o gündən-bugünə biz ölümə qalib gəlməyi bacardıq.

Bəs, onlar bizdən nə istəyirdilər???