XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 10:54

Asiya qitəsinin 10 ən yaxşı romanı açıqlandı – Siyahı

Azadliq Radiosunun məlumatına görə, Britaniyanın “The Telegraph” qəzeti bu romanları Asiyanın (bütün zamanların) 10 ən yaxşı romanı elan edib:

 

1. Cao Xueqin, “Qızıl köşkün röyası”, (1791)

Bu kiçik həcmli romanda iki Çin aristokrat ailəsinin həyatı faciəvi sevgi hekayəsi vasitəsilə danışılır. Bu romanı o dövrün feodal ağalığı və acgözlüyünü təsvir etməsinə görə də yüksək qiymətləndirirlər.

 

2.  Rohinton Misty, “Əla tarazlıq” (1995)

Roman 1970-ci illərdə Hindistanda siyasi narahatlıqlar, işgəncə və həbslər vaxtı yaşamış, bir-birindən kəskin fərqlənən dörd xarakterin hekayətləridir.

 

3. Ryunosuke Akutagawa, “Rashomon” (1915)

150-dən çox hekayə müəllifi olan yapon yazıçısı Ryunosuke “Rashomon”u 17 yaşında universitetdə oxuyarkən çap etdirib.

 

4. “Min bir gecə”

Ərəb ədəbiyyatından olan, Şəhrizadın dilindən danışılan bu nağıllarda mistik obrazlar, cinayət, dəhşət, fantastika, romantika və başqa janrlar birləşib. Tolstoy, Duma, Rüşdi, Rushdie, Conan Doyle, Proust, Lovecraft, Borges və başqa yazıçılara təsir göstərmiş bir ədəbiyyat fenomenidir.

 

5. Ruth Prawer Jhabvala, “Toz və isti” (1975)

Həm “Booker”, həm də “Oscar” mükafatlarını qazanmış yeganə şəxs kimi tanınan xanım Ruth bu romanı boyu Hindistanı gəzir, ögey nənəsi haqda həqiqəti və 1920-ci illərin Britaniya hökmranlığı haqda həqiqəti öyrənməyə çalışır.

 

6. G V Desani, “H Hatterr haqqında hər şey” (1948)

Keniyada doğulub Hindistanda böyümüş müəllif bu kitabı yarı ingilis, yarı hind dilində yazıb. İngilis-malay bir kişinin müdriklik axtarışında yaşadığı macəralardan bəhs edir. Qərb ədəbiyyatının nüfuzlu siması T. S. Eliot bu modernist romanı “olduqca fərqli” bir mətn hesab edib.

 

7. Haruki Murakami, “Qurulma quşun xronikası” (1994)

Toru Okadanın pişiyi Tokionun kənarında itir. Onun gözünə iki bacı görünür, reallıq və xəyali aləmi qarışdırır, labirintlərə düşür, hallüsinasiyalardan keçir.

 

8. Yukio Mishim, “Bahar qarı” (1969-71)

1970-ci ilin noyabrında rituala uyğun olaraq, intihar etməzdən əvvəl Mishima naşirinə bir neçə roman vermişdi. Bu, o romanlardan biridir. 20-ci əsr Yaponiyasında qərbləşmə zamanı cərəyan edən aristokrat ailənin hekayətidir.

 

9. Salman Rushdie, “Gecəyarı uşaqları” (1980)

Sehrli realzimlə postmüstəmləkə Hindistanı göstərir. Bu roman “Bukerlər bukeri” mükafatına layiq görülüb. Hero Saleem Sinai təhkiyəçi və xarakterlərdən biridir. Onun həyatı və Hindistanın ikinci müstəqillik qazanması hadisələri parallel inkişaf edir.

 

10. Arundhati Roy, “Kiçik şeylər tanrısı” (1997)

kitablarXanım Roy bu debüt və yeganə romanına görə Booker mükafatı alıb. Roman əkizlərin ətrafında cərəyan edir. Kiçik şeylərin insan həyatına necə güclü təsir etdiyini göstərir. 1960-90-cı illərin hadisələri, kommunizm, kasta sistemi ustalıqla təsvir olunur.

Bu onluqdan əlavə, “növbəti rəqiblər” adıyla siyahıya beş kitab da əlavə ediblər:

“Ev və dünya”, Rabindranath Tagore (1916)

“Bir dəlinin gündəliyi”, Lu Xun (1918)

“Qapalı mülkiyyət”, Timothy Mo (1986)

“Dünyanı saxlayan”, Bharati Mukherjee (1993)

“Müvafiq oğlan”, Vikram Seth (1993)