XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 23:08

Çin imperatoru Məhəmməd peyğəmbərə şeir yazıb

siir-imparatorÇində 1368-1398 illər arasında hökm sürən imperator Hong Wunun (Zhu Yuanzhang) Məhəmməd peyğəmbərə mədhiyyə yazdığı ortaya çıxdı.

Xarici mətbuata istinad edən Strateq.az xəbər verir  ki, Hong Wu, Yuan xanədanına qalib gələrək ölkəni ələ keçirən Ming sülaləsinin ilk hökmdarıdır. Hong Wunun ordusunda, aralarında Çang Yuçun, Lan Yu, Ding Deksing, Mu Ying, Feng Şeng və Hu kimi məşhur generalların da olduğu 10 müsəlman komandir var imiş.

İmperator Hong Wunun öz hakimiyyəti dövründə çox sayda məscid tikdirdiyi, Nanjing şəhərindəki yıxılmış Jinjue məscidini yenidən bərpa etdirərək çox sayda Hui müsəlmanının bu şəhərə köçürülməsini təmin etdiyi bildirilir. İmperatorun yoldaşı prenses Manın da sonradan müsəlman olan bir ailədən gəldiyi tarixi iddialar arasındadır.

İmperatorun həmin şeiri hər birində dörd söz olan 24 misradan (yəni 6 bəndən) meydana gəlib.

Şeirin İngilis dilindən tərcüməsi belədir:

Kainatın yaradılışından bu yana

Allah öz elçisini seçməyi qərarlaşdırmışdı

Bu böyük, imanlı adam

Qərb diyarlarında dünyaya gəldi.

 

O, müqəddəs kitabı gətirdi

Həmin kitab otuz parça idi.

O, bütün aləmlərin rəhbəri,

Bütün idarəçilərin əmiri oldu.

 

Hər müqəddəsin başçısıdır – o,

Dəstək alaraq mümtaz insanlardan

Ümmətini salamatçılıq yoluna yönəltdi

Beş vaxt qılınan namaz ilə.

 

Sükunət, ümid və sülhpərvərliylə

Allaha söykənirdi bütün ürəyiylə.

Kasıblar üçün ümid oldu,

Onları fəlakətlərdən, çətinliklərdən qurtardı.

 

Qaranlığın üzərlərinə çökdüyünü görüncə

Ruhları və aləmləri işıqlandırdı.

Uzaqda qaldı bütün günahlar

Sözlər ona təşəkkür etməyə yetməz.

 

Müqəddəs yolu göstərərək bizə,

Bütün şeytanları məğlub etdi.

Onun dini saf və haqqdır

Məhəmməd əsilzadə və böyükdür!