XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

17 Dekabr 2018 - 19:09

“Audiokitab” layihəsi işə salınıb –"App Store" və "Google Play"- dan yükləmək olar

Azərbaycan dilində kitabları dinləməyə imkan verən “Audiokitab” layihəsi işə salınıb.

Onları “App Store” və “Google Play” mobil və elektron proqramları vasitəsilə audiokitab.az resursunda əldə etmək olar.

Layihəyə klassik və müasir Azərbaycan ədəbiyyatı və xarici ədəbiyyat əsərləri, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, Azərbaycan nağılları, poeziya və şifahi xalq yaradıcılığı nümunələri daxil edilib. Mətnlər məşhur aktyorlar və diktorlar tərəfindən səsləndirilir.

Layihənin əsas məqsədlərindən biri milli və xarici ədəbiyyat nümunələrinin xaricdə yaşayan azərbaycanlılara çatdırmaqdır.

Ümid edirik ki, tezliklə “Audiokitab” həmvətənlərimizin daha sıx birləşməsi üçün bir vasitə olacaq. “Audiokitab” sayəsində Azərbaycan ədəbiyyatı bütün dünyada əlçatan olur, həmvətənlərimizi birləşdirir, xaricdə dünyaya gəlmiş gənc nəsildə Azərbaycan mədəniyyəti aşılamağa, onların ədəbi dili mənimsəməsinə kömək edir”, deyə “Audiokitab” layihəsinin rəhbəri, əməkdar mədəniyyət xadimi Həsən Həsənov bildirib.

Audiokitabların formatı ona görə rahatdır ki, kitabları nəqliyyatda – avtomobil, təyyarə, qatarda, gəzinti, istirahət zamanı, müəyyən işləri yerinə yetirərkən dinləməyə imkan verir.

Bundan başqa “Audiokitab” görməyən və zəif görən insanların Azərbaycan ədəbiyyatı və tarixi ilə tanış olmasına imkan yaradır.

Rəsmi statistikaya əsasən, Azərbaycanda 40 min insan gözdən əlildir, “Audiokitab” layihəsi isə bu kateqoriyadan olan şəxslərin təhsil səviyyəsinin artırılması üçün yaxşı köməkdir.

Audiokitablar orta və ali məktəb şagirdləri üçün də mühüm dərs vəsaitidir. Xüsusən, layihəyə Azərbaycan tarixinin bütün dövrləri ilə bağlı mühazirələr daxil edilib. “Audiokitab” Azərbaycan dilini öyrənmək istəyən əcnəbilərə də kömək edəcək.

Həsənovun sözlərinə görə, Azərbaycanda əvvəllər də audiokitablar yaradılıb. Amma bu layihələr lokal xarakter daşıyıb və konkret hədəf auditoriya üçün nəzərdə tutulub. Hələlik dinləyicilərə 400 adda audiokitab təqdim edilib. Yeni kitabların səsləndirilməsi üzərində iş davam etdirilir.

(Amerikanın səsi)