XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2018 - 01:14

Elşən Nəsibovun daha bir kitabı çap olundu:"Hüquq fələfəsi və uşaq hüquqları - İnsan hüquqlarının bölgü komponenti və tərkib elementi kimi"

elshen.jpgSiyasətşünas alim Elşən Nəsibovun daha bir kitabı çapdan çıxıb.

Strateq.az xəbər verir ki, “Hüquq fələfəsi və uşaq hüquqları – İnsan hüquqlarının bölgü komponenti və tərkib elementi kimi”  adlı kitab iki fəsildən ibarətdir.

Birinci fəsildə insan hüquqları anlayışının fəlsəfi mənası verilir. İnsan hüquqlarının ümumi və məxsusi məzmununa dair fikirlər bildirilir. İnsan hüquqlarına maddi və mənəvi dəyər kriteriyası kimi baxılır. Uşaq hüquqları ümumi insan hüquqlarının tərkibi kimi nəzərdən keçirilir. Uşaq hüquqları ümumi insan hüquqlarının başlanğıc mənbəyi  kimi əsaslandırılır və törəmə, valideynə, ailəyə, cəmiyyətə, dövlətə səlahiyyət verən  hüquq kimi xassələndirilir.

İkinci fəsil xüsusi hissə kimi uşaq hüquqlarına dair ümumiləşmiş fikirləri özündə əks etdirir. Uşağın fəlsəfi mənası, yaş inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları, hamilə qadınla bətndəki uşağın uzlaşmış, harmoniyalaşmış, həmahəng hüquqları, uşağın ailə hüquqlarının yaranmasındakı rolu, valideynlərin vəzifələri və hüquqları, uşaq hüquqlarının məkana və zamana görə formalaşması, uşaqların müdafiə və təminat hüquqları, həmçinin uşaq hüquqlarının sahələr üzrə formalaşmasının əsasları əks olunur. Uşaq hüquqlarının təminatı məsələsində dövlətin və cəmiyyətin funksiyaları  ümumiləşmiş əsaslarla şərh olunur.

Əsər uşaq hüquqlarını öyrənən, sahəni tədqiq edən mütəxəssislər, həmçinin müəllimlər, tələbələr, hüquq sahələrində çalışan şəxslər üçün faydalı ola bilər.