XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 12:24

Hillari Klinton: “Mən, teatral Sarkozi və bəsirətli Merkel”

“Merkel bütün Avropanı çiyinlərində saxladı”

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun “çətin qərarlar” memuraı bir neçə dildə yenicə nəşr edilib. Kitabdan iki maraqlı parçanı Strateq.az-ın oxucularına təqdim edirik.

Skautlarda (hərbi-siyasi uşaq təşkilatı-red.) ibtidai məktəbdə əzbərlədiyim bir nəğmə var: “yeni dostlar əldə et, amma köhnələri də unutma, birincilər gümüşə bənzər, ikincilərsə qızıla”.

Avropa ilə alyans Amerika üçün qızıldan da dəyərlidir.

Dövlətlər arasındakı münasibət ümumi maraq və dəyərlərə söykənir, lakin şəxsiyyətlər heç də az rol oynamır. Pismi, yaxşımı, lakin şəxsi amilin beynəlxalq məsələlərdə gözlənildiyindən də çox çəkisi var. Ronald Reyqanla soyuq müharibədə qələbə qazanmağa xeyli kömək etmiş Marqaret Tetçeri bağlayan dostluğu, yaxud Xruşovla Mao Tszedunun şəxsi düşmənçiliyini yada salmaq kifayətdir. Bu səbəbdən Sovetlər Birliyi bir çox baxımdan məğlub oldu.

Mən elə bu düşüncələrlə yüksək vəzifəli rəhbərlərin bəziləri ilə yaxınlaşmağa cəhd etməklə Dövlət Departamentində ilk tam iş gününə başladım. Birinci ledi və senator olarkən onların bəziləri ilə tanış olmağı və xoşlamağı bacarmışdım. Əkəsriyyəti mənim dostum oldu.

Köhnə münasibətlər və Sarkozi adlı vulkan

Hər telefon zəngində Amerikanın öz üzərinə götürdüyü öhdəlik və zəmanəti təsdiq edirdim. Britaniyanın xarici işlər naziri David Milibendin tək bircə məzəmmətindən nəfəsim tıncıxırdı, lakin eyni zamanda o “Aman Allah, sələflərimiz bizə necə də bir yığın problem buraxıblar! Bu, üzücü zəhmətdir, lakin düşünürəm ki, bunun üçün ən uyğun cəfakeş elə məhz sizsiniz!” deyəndə təbəssümümü saxlaya bilmirdim. Təbii ki, bu rəy heysiyyətimi oxşayırdı, lakin anlatmağa çalışırdım ki, o vaxtlar yalqız, mifi,k fədakar qadına deyil, daha çox əməkdaşlığın təzələnməsi və birgə təşəbbüsə ehtyacımız var idi.

David misilsiz tərəfdaş çıxdı. O, həmişə sizin üçün gülümsəyən, gənc, enerjili, ağıllı, yaradıcı və məlahətli bir insan idi. Sürətlə dəyişən dünya haqda bizim təsəvvürlərimiz necə də oxşar idi. O, vətəndaş cəmiyyətinin önəminə inanır və işsizlərin artan sayı və Avropa, Amerika və bütün dünyada gəncliyin məcburi təklənməsi barədə rahatsızlığımı bölüşürdü.

Rəsmi şəxslərin əksriyyərti ictmai tədbirlərdən fərqli olaraq adi şəraitdə özlərini daha sakit aparırlar. Bunu Sarkozi haqda heç cür deyə bilməzsən. O dedikcə emosional adamdır. Toplantı zamanı onunla yanaşı əyləşmək mənim üçün həmişə macəra olub. öz baxışlarını şərh edərkən yerində atılıb düşür, var qüvəsilə əl-qolunu oynadır. Həm də diribaş tərcüməçisi var gücü ilə onun düşüncələrinin kələfini əldən buraxmamağa çalışır və nəticədə ahəng də daxil omaqla onun bütün nitqini çatdırmağa nail olurdu. Sarkozinin valehedici danışığı (demək olar, şüur axını) xarici siyasətin mümkün olan hər cür mövzusuna toxunurdu, nəticədə tərəfdaşın bu diskursa girməyi o qədər də asan olmurdu, lakin mən heç vaxt bunu etmək cəhdini tərk etməzdim. O yetərincə sərbəst şəkildə qeybət edir, digər liderləri dəli və yaxud mağmun adlandırırdı. Onun sözlərinə görə, onlardan biri manyak, “keçmiş narkoman” idi, digəri “döyüşməyi bacarmayan” əsgər idi. Bir başqası isə bütöv bir “ədəbsizlər” şəcərəsi ilə fəxr edə bilərdi.

Sarkozi kirimədən rastlaşdığı bütün diplomatların bağışlanmaz dərəcədə yaşlı və kişi cinsinin maraqsız təmsilçiləri olmasının səbəbi ilə maraqlanırdı.

Söhbətlərimniz zarafatsız və mübahisəsiz ötüşmürdü, lakin əksər hallarda nə etmək lazım gəldiyi haqda ortaq məxrəc gəlirdik. Sarkozi Fransaya dünya liderliyini qaytarmağa hədəflənmişdi və səbirsizliklə beynəlxalq məsələlər barədə öz üzərinə mümkün qədər çox məsuliyyət götürməyə cəhd edirdi. Mən onun Liviyadakı davranışında məhz bu yönü gördüm. Bütün bunlara baxmayaraq, Sarkozi həmişə centlmen olaraq qalırdı. 2010-cu ilin soyuq bir yanvar günü Parisdə onunla salamlaşmaqdan ötrü Yelisey sarayının pilləkənləri ilə qalxarkən tuflim ayağımdan çıxdı və bu təsadüfü nəzərdən qaçırmayıb fotoşəklimi çəkən bir dəstə jurnalistin qarşısında ayaqyalın göründüm. Prezident ehtiyatla qolumdan tutdu və tuflini qaldırmağa kömək oldu. Bir neçə gündən sonra üzərində “Ola bilsin ki, mən Zoluşka deyiləm, lakin siz həmişə mənim şahzadəm olacaqsınız” yazısı ilə fotoşəklimin surətini ona göndərdim

Uzaq gedəsi gənc qadın

Lakin Avropanın ən güclü lideri təbiətcə Sarkozinin, demək olar ki, tam əksi olan qadın – Almaniyanın kansleri Angela Merkel idi. Mən Angela Merkellə 1994-cü ildə Bill ilə Berlinə birinci səfərimdə tanış oldum. O, Şərqi Almaniyada anadan olmuşdu və artıq o vaxt kansler Helmut Kolun hökumətində qadın və gənclər məsələləri üzrə nazir vəzifəsini tuturdu. Onu mənə təqdim edərkən “uzaq gedəsi gənc qadın” kimi qələmə verdilər. Peyğəmbərcəsinə sözlər idi.

Sonrakı illərdə əlaqə saxlamağa cəhd edirdik, 2003-cü ildə isə alman televiziyasında teleşouda birgə göründük. Angela 2005-ci ildə öz ölkəsinin rəhbəri olan ilk qadın kimi kansler seçildi. Səhiyyə və və ekologiya sahəsindəki alman tərəqqisinə öygülərə baxmayaraq, Avropanı əvvəlki tək məzunların fəxri klubu ilə müqayisə etmək olar. Və Angelanın bu durğun suları necə narahat etdiyini görmək xoş idi.

Dövlət katibi postunda olanda ona məftunluğum ancaq artdı. Bu, qətiyyətli, bəsirətli və fikirləşdiyini mənə açıq şəkildə birbaşa deyən qadın idi. O, istedadlı alim idi, fizika ilə məşğul olurdu, kvant kimyası üzrə dissertasiya müdafiə edib doktorluq dərəcəsi aldı ki, bu onu iqlimin dəyişilməsi və nüvə energetikası kimi müxtəlif cür texniki məsələlərdə xüsusən məlumatlı etdi. O istənilən diskussiyada insanlara, hadisələrə və ideyalara səmimi maraq göstərirdi – sanki gərəkən hər şeyi artıq bildiyini təsəvvür edən digər bir çox rəhbərlərlə müqayisədə o nə qədər təzə-tər idi…

Kansler 2011-ci ilin iyununda Vaşinqtona rəsmi səfərə gələndə onun şərəfinə nahar təşkil etdim, sağlığına badələr qaldırdıq. Angela cavabında bu yaxınlarda Berlinə etdiyim səfər barədə birinci sütununda məlumat getmiş alman qəzetinin çərçivəyə salınmış bir səhifəsini mənə bağışladı. Onu görərkən qəhqəh çəkib güldüm. Birinci səhifədə ikimizin çiyin-çiyinə durduğumuz böyük bir fotoşəkil gözə dəyirdi. Başımız görünmür, lakin oxşar kostyumların fonunda əllərimizin hər bir barmağı tamamilə eyni cür çarpazlaşıb. Qəzet oxuculara təklif edir ki, hansının Angela Merkel, hansının Hillari olduğ
unu tapsınlar.
Etiraf etməli oldum ki, bu, sadə tapşırıqlardan deyil. Qəzet dövlət katibi vəzifəsində qaldığım bütün müddətcə kabinetimdə çərçivədə asılı qaldı.

Angelanın rəhbərliyi dünya iqtisadi böhranının ən pis illərində möhkəmlik sınağından keçdi. Avropa avroya – bir çox ölkələr üçün vahid valyutaya görə müstəsna çətinliklərə məruz qalıb güclü ziyan çəkdi. Avropanın ən yoxsul ölkələri – Yunanıstan, İspaniya, Portuqaliya, və İrlandiya çox böyük dövlət borcu və yüksək işsizlik səviyyəsi ilə üz-üzə qaldı və bütün bunlar özəl valyutanı nəzarətdə saxlamaq üçün pul-maliyyə siyasəti alətlərinin olmaması fonunda baş verirdi. Almaniya avrozonadakı ən varlı ölkə kimi təcili yardım əvəzində bu ölkələrə məsrəflərin ixtisarı və öz büdcələrinin islahatı üzrə qəti tədbirlərin görülməsini təkid etdi.

Böhran ciddi siyasi dilemma yaradır. Zəif iqtisadiyyatlar öz borclarını nizamlamağa nail olmursa, bütün avrozonanı öz dalınca sürükləyə bilər. Bu da dünyanı və bizi xaosa məruz qoyardı…

Mən Angela Merkel daxil olmaqla bu barədə Avropa liderləri ilə xeyli söhbətlər aparmışam. Merkelin təklif etdiyi vergi və pul siyasəti ilə razılaşmaq və yaxud razılaşmamaq olardı, lakin onun polad qətiyyətinə məftun qalmamaq mümkün deyildi. Artıq 2012-ci ildə qeyd etdiyim kimi, o, “bütün Avropanı çiyinlərinə götürdü”…