Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq “Yuxu maşını” əsərinə görə Rusiya Yazıçılar Birliyi tərəfindən təşkil olunan “İlin yazarı 2018” nominasiyası üzrə mükafata namizəd göstərilib.
Strateq.az Senet.az-a istinadən xəbər verir ki, sözügedən nominasiya birliyin ən prestijli mükafatını alır və əsasən, Rusiyanın milli yazıçılarına verilir.
Ş. Sadiqin fantastik-qurğu janrında yazdığı “Yuxu maşını” kitabı 8 milyona yaxın əsər arasından seçilərək qısa siyahıya düşə bilib.
Qeyd edək ki, mükafatlandırma mərasimi 2019-cu ilin mart ayında Moskva şəhərində keçiriləcək.