XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 11:48

Deputat Aqil Abbas:“Kəndlərdə kitabxana qalmayıb, hamısı bağlanıb”

“Kitabxana məsələsi hər zaman məni düşündürür. Kəndlərdə kitabxana qalmayıb, hamısı bağlanıb. Kitablar da hara atılıb bilinmir. Nə var ki, orada işləyənlərə 120 manat maaş verilirdi…”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

A.Abbas kitabxanalara diqqətsizliyə görə narahatlığını ifadə edib: “Elektron kitabxanaya kimdir gedən? Elə evdə internetdə oxuyar da… İnsan kitabı sinəsinin üstündə oxumaq istəyir. Dövlətin çap etdirdiyi kitablar kitabxanaya çatdırılır, amma özümüzün çap etdirdiyimiz kitablar kitabxanalarda olmur. Mən özüm rayona gedəndə kitablar alıb aparıram ki, bu kitablar da kitabxanada olsun, bəlkə kimsə oxumaq istəyir… Ad çəkmək istəmirəm, küsürlər, rayonların əksəriyyətində kitabxana yoxdur. Bu sahə canlandırılmalıdır”.

Komitə sədri Rafael Hüseynov da bu sahənin canlandırılmasının vacibliyini vurğulayıb/Report.