XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 17:39

Hitlerin “Mayn Kampf” kitabı Almaniyada satışrekordu qazanıb

hitler

 

Nasist lideri Adolf Hitlerin “Mayn Kampf” ("Mənim mübarizəm") kitabı Almaniyada satış rekordu qazanıb.

 

Strateq.az bildirir ki, yanvarın 8-də satışa çıxan bu kitab bütün digər kitabları geridə qoyub. Nasist liderinin siyasi manifesti populyar bestsellər çapında ikinci yeri tutub.

 

Kitabın hazırkı nəşri orjinaldan ciddi şəkildə fərqlənir. Kitab ekspertlərin çoxsaylı tənqidi qeydləri ilə bigə çap olunub. Bu ekspert rəyləri kitabın hər mətnində yer alıb. Bu mətnlər Hitlerin dağıdıcı ideologiyasının ifşa olunması üçün nəzərdə tutulub.

 

“Mayn kampf” 70 il ərzində ilk dəfə çap olunub.

Bu, Hitlerin avtobioqrafik kitabıdır və burada NSDP-nin prinsipləri əks olunub.