“Mən rus dilində yazılmış “Əli və Nino” adlı romantik bir romanı tərcümə etmişəm”.
Strateq.az İSNA agentliyinə istinadla xəbər verir ki, bunu İranda rus dilindən tərcümələri ilə tanınan Zeynəb Yunisi bildirib.
“Mən rus dilində yazılmış “Əli və Nino” adlı romantik bir romanı tərcümə etmişəm, o, Gürcüstan və Azərbaycandakı mühitlə bağlı idi. Amma onu nəşr etdirmədim, çünki başa düşdüm ki, illər əvvəl tərcümə olunub”.
Zeynəb Yunisi rus ədəbiyyatının bir çox tanınmış imza sahiblərinin əsələrini, o cümlədən Anna Axmatova v Marina Svetayevanın şerlərini, habelə yazıçı Viktor Arefyevin İosif Stalin haqqında kitabını fars dilində çevirib.
Mübahisəli məllifliyi Qurban Səidə aid edilən “Əli və Nino” romanı da Zeynəb Yunisinin tərcümələrindən biridir.