Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi hamını Asiya İnkişaf Bankının Bakıda keçiriləcək illik toplantısı münasibəti ilə təşkil olunan alman musiqi qrupu “German Welcome Band”ın konsertinə dəvət edir.
Səfirlikdən Strateq.az saytına verilən məlumata görə, 15 nəfərlik musiqi qrupu 3 may tarixində, saat 15:00-da şəhər bulvarındakı konsert meydanında çıxış edəcək.
“German Welcome Band” 1974-cü ildə yaradılıb və 2000-ci ildən Almaniya Federal Əməkdaşlıq və İnkişaf Nazirliyindən parlamentar dövlət katibi Hans-Yoahim Fuxtelin rəhbərliyi altında fəaliyyət göstərir. Bu qrup çin, Mavritaniya, Rumıniya, İrlandiya, özbəkistan və bir çox başqa ölkədə konsert verib. Musiqi qrupunun şüarı isə belədir: “Sözün bitdiyi yerdə musiqi başlayır və bununla da musiqiçilər harda olmaqlarından asılı olmayaraq möhtəşəm səfirlərdir”.
Strateq.az