XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 12:43

Şəhid Çingiz Mustafayevəpoema yazıldı

 

 

Şair Məmməd Tahir şəhid Çingiz Mustafayevin xatirəsinə poema yazıb.

 

Bu barədə məlumatı Srtateq.az şairin özü verib. Şairin bildirdiyinə görə, ərsəyə gətirdiyi bu əsər “Şahdağda bir zirvə var” adlanır.

Poemanın proloqunu oxuculara təqdim edirik:

 

ŞAHDAĞDA BİR ZİRVƏ VAR

                 (poema)

 

              

              Azərbaycanın milli qəhrəmanı

          Çingiz Mustafayevin qısa,mənalı

          həyatına həsr olunur.

 

 

                PROLOQ

Önümdə,

Önümdə bir gəncin rəsmi.

Ömrü neçə rəngli xalı kimidi.

Üzünə toxunmuş inadı, əzmi

İlmənin sarısı, alı kimidi.

 

Şəkildən boylanır qaraşın bir gənc,

Üzü qayğılıdı, baxışları lal.

Bu an o gözlərdə  gördüyüm güvənc

Könlümdə doğurur  nə qədər sual.

 

Sual çeşid-çeşid, sual min-mindi,

Düşür hər sualdan ürəyə bir iz.

Yəqin olmasaydı o döyüş, indi

Bizimlə bir yerdə olardı Çingiz.

 

Payızda durnadı, yazda qaranquş,

Hər ürək bir isti yuvası olur.

Yayına sual et, qışından soruş,

Nə qədər sevdalı havası olur.

 

O getdi döyüşə, 

Çəkdi birinci,

Yurdun qeyrətini, elin arını.

Hər ürək şum yeri, hər can əkinçi,

Göyərdir Çingizin arzularını.