Tanınmış prodüser Tolik yazıçı Seymur Baycana şərt qoyub.
Tolik bu haqda rəsmi İnstaqram səhifəsində yazıb. O, kitaba bir şərtlə sponsor olacağını bildirib: “Əgər o kitab müxalifyönlüdürsə, onda mən yoxam. Yox əgər o kitab öz həyatından bəhs edirsə, ya da ki, hansısa roman, poemadırsa, onda mən kömək edəcəyəm. Mən Azərbaycanı sevən biriyəm”(Axar.az).
Qeyd edək ki, Seymur Baycan yeni kitabının nəşrinə sponsor axtarması ilə bağlı müraciət yayıb. Tolik isə onun kitabını maliyyələşdirməyə hazır olduğunu bildirib.