XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

03 May 2015 - 08:43

Etibar Əliyevdən təhsillə bağlı maraqlı kitab
“XXI Əsr” Təhsil Mərkəzinin sədri, fəlsəfə doktoru Etibar Əliyevin tərtib etdiyi “Yeni təhsil, tərbiyə və elm antologiyası” kitabı (394 səhifə) işıq üzü görüb.
Kitab akademik Mehdi Mehdizadənin əziz xatirəsinə ithaf olunub. Tərtibatçının M. Mehdizadə haqqında “Onu kim unudar” məqaləsi ilə başlayan bu kitabda görkəmli filosoflar, pedaqoqlar və nüfuzlu alimlər: İmmanuil Kant, Artur Şopenhauer, Viktor Hüqo, Əli bəy Hüseynzadə, Con Dyüi, Əhməd bəy Ağaoğlu, Xose Orteqa-i-Qasset, Hüseyn Cavid, Lüdviq Vitgenşteyn, Martin Haydeqqer, Albert Eynşteyn, Yurgen Habermas, Riçard Feynman, Səlahəddin Xəlilov, Antonio Maçado, Jan Liotar, Qorxmaz Quliyev, Qovard Qardner, Valter Benyamin, Əhməd Zevayl, Həsən Quliyev, Mişel Fuko, Jan Piaje, Con Qudled, Qovard Qardner və başqalarının əsərləri və yaradıcılıqları haqqında məqalələr toplanıb.
Kitabın üstün cəhətlərindən biri ondan ibarətdir ki, oxuculara təqdim olunan əsərlərin böyük əksəriyyəti dilimizə ilk dəfə tərcümə olunur.
Etibar Əliyevin musavat.com-a verdiyi məlumata görə, bu antologiya pedaqoqların, alimlərimizin və geniş oxucu kütləsinin təhsilin, tərbiyənin və elmin ciddi problemləri ilə tanış olmasına şərait yaradacaq: “Bu antologiyaya qədər İ.Kantın “Pedaqogika haqqında”, A. Şopenhauerin “Tərbiyə haqqında”, C. Dyuinin “Müəllim və onun dünyası”, V. Hüqonun “Tədris azadlığı” və antologiyada yer alan böyük fikir adamlarının əksəriyyətinin əsərləri və onlar haqqında məqalələr dilimizə çevrilməyib. ölkə pedaqoqları və təhsillə bağlı instututlar çox təəssüflər olsun ki, buna cəhd belə göstərməyiblər”.
Tərtibatçı hesab edir ki, bu antologiya təhsilimiz üçün xoş niyyətli çağırışdır. Və bu cür kitabların çox olması təhsil və tərbiyə sahəsində ədəbiyyat qıtlığının aradan qaldırılmasına xidmət edir.