XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 16:59

Sözün “köhnə kişi”si 59-u haqladı: Əlabbas – 58

Bu gün Azərbaycanın tanınmış yazıçısı Əlabbasın (Bağırov Əlabbas Məmmədhüseyn oğlu) 58 yaşı tamam olur.

Əlabbas 1957-ci il mayın 5-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açıb. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Kişilik” adlı ilk hekayəsi 1981-ci ildə “Ulduz” jurnalında çap olunub. 1989-cu ildə ilk iki kitabı (“Doğma ocaq” və “Gümüşü gecələr”) işıq üzü görən yazıçının 1993-də “Güdaz”, 2001-də “Uçurum”, 2004-də “Qiyamçı”, 2007-də “Sonun başlanğıcı”, 2008-də “Mən Qarateli sevirdim”, 2010-da isə “Qaraqovaq çölləri” adlı topluları araya-ərsəyə gəlib. Əsərləri türk, qırğız, rus və ingilis dillərinə tərcümə olunub.