XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 11:02

Hafiz Hacxalıl: [color=red] “Ağlama” şeiri

sehidler-1.jpg

Anam, o qəbrin üstə,

Töküb də dil, ağlama!

Sən şəhid Anasısan,

Gözünü sil, ağlama!

Min yozum var bir sirdə,

Yazılıb göydə, yerdə.

Gedənlər geri bir də,

Dönən deyil, ağlama!

 

Dağıt şəri, yalanı.

Qoru ondan qalanı.

Sən o oğul balanı.

Ölümsüz bil, ağlama!

 

Qan üstündə qan bitər,

Can üstündə can bitər.

Millət ağladı yetər,

Ey qərənfil, ağlama!

 

 Hafiz Hacxalıl

20.01.2016