XƏBƏR LENTİ

23 Noyabr 2019
22 Noyabr 2019

Digər Xəbərlər

18 Sentyabr 2019 - 00:04

İranda türk yazıçının kitabının satışına qadağa qoyulub- Bu səbəbdən

Türkiyənin tanınmış yazıcısı Elif Şəfəqin “On dəqiqə otuz səkkiz saniyə” adlı romanının İranda satışı qadağan edilib.

İranın Yayımçılar və Kitabsevərlər Birliyinin açıqlamasında deyilir ki, kitab fars dilinə tərcümə edilsə də, onun satışına icazə verilməyib. Bildirilir ki, kitabda insanların İslam əxlaqına zidd olan davranışları təsvir edilir.

“Forbes” jurnalına görə, E.Şəfəq Türkiyənin əsərləri ən çox oxunan və qazanan yazıçısıdır. Onun 2009-cu ildə nəşr olunan “Eşq” romanı 30 dilə tərcümə edilərək dünyada ən çox satılan roman olmuşdu.