XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 05:14

“Dünya qonaq sevən deyil” -[color=red]Yeni nəşr
 

Kəmaləddin Qədim müasir Azərbaycan poeziyasında öz dəsti-xətti, ifadı tərzi ilə seçilən, dilinin rəvanlığı, koloritliyi, fikrinin aydınlığı, məna yükü və fəlsəfi tutumuyla tanınan, fərqlənən şairlərimizdəndir.

Onun poetik dünyası xaotik burulğanlarda üzən yelkənsiz qayıq deyil. Bu poeziya şairin həyatı kimi nizamlı, düzümlüdü. Şairin poetik məntiqi şairin həyat fəlsəfəsini, yaşamını romantik bir pafosla təsdiqləyir. Bu poeziya avtobioqrafik poeziyadı. Şair qələmə aldığı şeirlərə bənzəyir. Şeirləri də şairin özünə oxşayır – müdrik, səmimi, xeyirxah.

Bu günlərdə təzəcə çapdan çıxmış “Dünya qonaq sevən deyil” şeirlər kitabı da dediklərimizi bir daha təsdiq edir. Bu kitab 80-ci illər ədəbi nəslinin tanınmış nümayəndələrindən biri, “Türk Ədəbiyyatına Xidmət” (Türkiyə), Şahmar Əkbərzadə adına “ Beynəlxalq Ədəbiyyat mükafatları laureatı, Prezident mükafatçısı Kəmaləddin Qədimin öz oxucuları ilə sayca doqquzuncu görüşüdür.

Kitabda şairin son illərdə yazdığı şeirlər toplanıb. Ümidvarıq ki, “Dünya qonaq sevən deyil” oxucularımızın stolüstü kitabına çevriləcək.