XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 05:11

“İlk Avropa Oyunları himni” hazırdı

himn.jpg

Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri səsyazma evində “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin və Cahangir Cahangirov adına xorun müşayiəti ilə “İlk Avropa Oyunları himni” və “Zəfər nəğməsi” mahnısını yazdırıblar.

Strateq.az bildirir ki, mahnı və himnin sözləri polkovnik Abdulla Qurbaninin, musiqisi gənc bəstəkar Nigar Qarayevanındır.

Səsyazma evindən bildirilib ki, “Zəfər nəğməsi”nin ifaçısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və səsyazma evinin direktoru, vokalçı Ramil Qasımov, “İlk Avropa Oyunları himni”nin ifaçıları isə Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva, Orxan Hüseynli, Sərxan Bünyadzadədir.

Həmçinin bəstəkarlar Eldar Mansurov və Azad Zahidin şair Vahid Əzizin sözlərinə yazdıqları Avropa Oyunlarına həsr edilən iki yeni musiqi əsəri də tezliklə tamaşaçılara təqdim olunacaq.