XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2016 - 08:49

“Şekspirofobiya”:"İngiltərə şairin lənətinə gələcək"

 

İngiltərənin sənədli filmlər kanalı “Channel 4” dahi şair Uilyam Şekspirin məzarını açıb.

Strateq.az xəbər verir ki, bunu “Daily Telegraph” qəzeti yazır.

Bildirildiyinə görə, məzarın açılması şairin ölümünün 400 illiyinə hazırlanacaq sənədli film üçün lazımi araşdırmalar aparmaq istəyindən doğub. Şekspirin sümükləri üzərində aparılacaq araşdırmalar həm onun haqqında bəzi bilinməyənlərə aydınlıq gətirəcək, həm də necə basdırıldığını ortaya çıxaracaq. İddialara görə, Şekspir 1616-cı ildə ölərkən qızı, yoldaşı və bəzi yaxın qohumları ilə bərabər basdırılıb. İddianın nə qədər həqiqət olub-olmadığı sənədli filmin nümayişi zamanı ortaya çıxacaq.

Məzarın yerləşdiyi Holi Triniti kilsəsi də qəbrin incələməsinə icazə verdiyini təsdiqləyib.

Qeyd edək ki, Şekspirin qəbrinin açılması qərarı həm orda araşdırma aparacaq televiziya kanalı, həm də buna icazə verən kilsə üçün o qədər də asan olmayıb. Zira bu məzar 400 ildən bəri toxunulmaz hesab edilir. Səbəb isə başdaşının üzərinə yazılmış bir lənət qeydiylə bağlıdır. "Məzara toxunmayan adam müqəddəs hesab edilsin, amma sümüklərimlə oynayanlara lənət olsun!"- Başdaşının üzərindəki lənət qeydində belə deyilir.

İngilis xalqı 400 ildən bəri məhz lənətə gələ biləcəklərindən çəkindiyi üçün öz dahi şairinin qəbrinə toxunmurmuş. Hətta 21-ci əsrdə belə bir çox ingilis bu lənətin tutacağından çəkinir.

Odur ki, məzarın açılması qərarı indi də İngiltərədə həm kilsənin, həm telekanalın təhlükəli risk altına girməsi kimi qəbul olunur.

Heydər

Strateq.az