Sadiq HİDAYƏT
(Hekayə)
Hövsələsiz qələbəliyin ortasında oturmuşdum.
Adətətkərdə olduğumdan, masadan bir jurnal götürdüm və krossvorda rast gələnə qədər vərəqləməyə başlasdım.
Ürəyimdə şaquli üçxanalı sözü tapmaq istərkən, kimsə “Uca səslə oxu”, – dedi.
– Ərəb əlifbası ilə üç hərflə yazılan söz, – dedim. – Hər şeydən üstündür.
Hacı dedi: “Pul”
Məclisin yeni gəlini: “Eşq”.
Əri: “Yar”.
İbtidai sinif şagirdi: “Elm”.
Hacı sadaladı: “Pul, o da deyilsə, mal, var-döv…”
Dedim: “Hacı, onlar deyil”.
Ardınca: “Şah”.
Yoruldum və acıqla “Xeyr, o da deyil, ərəb əlifbası ilə cəmi üç hərflə yazılan söz”.
Gördüm ki, hamı susur.
***
Nənə dedi: “Qurbanın olum, can”.
Əsgərlikdən yenicə qayıtmış Siyavuş:
– Əmr, – dedi.
Digəri güldü və dedi: “Top”.
Başqası ucadan: “Əsr”.
Biri dedi: “Ana”.
Mən acı-acı güldüm və “Xeyr”, – dedim.
Ancaq başa düşdüm: öz həyat krossvordunu həll edə bilməyənin ərəb əlifbası ilə üç hərfdən ibarət kəlməni tapması müşküldür!!! Həyatın məchullarını çözməlisən. Onsuz hər şey mənasızdır!!!
Masamdakı o üçhərfli söz haqqında hələ də düşünürəm.
***
Bəlkə, o ayaqyalın uşaq sözü tapacaq: “Süd”.
Kəndli deyir: “Qar”.
Lal deyir: “Dil”.
Kar deyir: “Səs”.
Kor deyir: “Nur”.
***
Yenə də düşünürəm.
Niyə heç kim ərəb əlifbası ilə üç hərflə yazılan sözün “Allah” olduğunu demədi?
Farscadan tərcümə: Əziz Rzazadə