XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 00:57

Heydər Oğuz “Polis marşı” yazdı:“Olmalı olanı tərənnüm etmişəm”

polis-2

 

Şair-publisist Heydər Oğuz bir sıra dövlət orqanlarına marş yazmaq qərarına gəlib.

Strateq.az xəbər verir ki, bunu şairin özü facebook səhifəsində bu gün paylaşdığı bir statusunda bəyan edib.

Statusda deyilir: “Türkiyədə oxuyarkən, xəyallarıyla yaşadığım bir neçə böyük arzum var idi. Bunlardan biri də dövlətimin qurumları barədə müxtəlif marşlar, himnlər yazmaq idi. Əsgərdən tutmuş polisə, vergilərdən gömrüyə qədər hər bir dövlət orqanının himnini, özəlliklə də qələbə marşını qələmə almaq hələ ki arzu olaraq ürəyimdə qalıb. Amma artıq yazacağam. Yazacağım marş və himnlər arzularımın ifadəsi olacaq. Olandan çox, olmalı olanları tərənnüm edəcəm.

Prinsipcə, bütün marş və himnlər elə belə olur. Əksər hallarda onlar yazıldığı qurumların özlərindən yox, ideallarından bəhs edir.

Açığını desəm, ilk belə marşımı yazmışam. Üzərində azacıq işləyib ictimailəşdirəcəyəm. İndidən bilirəm ki, buna görə tənqidə də layiq görüləcəyəm. Amma olsun. Tənqid bütün hallarda heç bir qurumun təyinatını dəyişmir”.

Statusda açıq qeyd olunmasa da, şairlə söhbətimiz zamanı o, marşın polislərə həsr olunduğunu bildirərək dedi:

“Polislərə yazdığım bu marş bu dövlət qurumunun təyinatına həsr olunub. Bu gün polisin öz təyinatı üzrə hərəkət edib-etməməsi marşın müzakirəyə çıxarmaq istədiyi mövzu deyil. “Polis necə olmalıdır, hansı prisipləri əldə rəhbər tutmalıdır” kimi mənim beynimi qurcalayan sualların cavabı marşda öz bədii inikasını tapıb və hesab edirəm ki, bu, belə də olmalıdır. Marşlar həcv deyil, əksinə idealları tərənnüm edir. Mən də bu prinsipə sadiq qalaraq öz ideallarımı dilə gətirmişəm”.

Şair-publisist marşı "Heyratı" muğamı üzərində yazdığını bildirərək ondan kiçik bir hissəni bizim üçün zümzümə də etdi və növbəti marşını Orduya həsr edəcəyini bildirdi.

Heydər Oğuz hələ tamamlamadığını, üzərində işləyəcəyini söylədiyi marşın ilk variantını da bizə göndərdi. Maraqlı olacağını nəzərə alıb biz də onu oxucularımızla paylaşmağa qərar verdik:

 

 

Polis marşı

 

Haqq – Tanrının adıdır,

Mənsə Haqqın əsgəri.

Xalqın keşiyindəyəm

Var olan gündən bəri!

 

Zillətin boğazında

Hüzurun pəncəsiyəm.

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Mən Vətənin içində,

Əsgərlər eşiyində,

Birlikdə bu ölkənin

Durmuşuq keşiyində!

 

Hər kəsin inam yeri,

Ümidi, Haqq səsiyəm.

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Evindən əmin əsgər

Məndən alıb gücünü,

Sərhədlərdə yağıdan

Alır  yurdun öcünü!

 

Sabitliyin qarantı,

Əminlik qüvvəsiyəm!

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Xalq rahat yatsın deyə,

Uyumadan gəzirəm.

Salıb çəkmə altına

Qaranlığı əzirəm.

 

Haqqın nahaq önündə

Keçilməz pərdəsiyəm!

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Strateq.az