XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Mart 2016 - 19:06

Professor Qulu Məhərrəmlinin “Ekran və ədəbi dil” kitabı çapdan çıxdı –Tehranda (FOTO)

qulu-meherremli-yennn

Tehranın “Nağm-eyi zendegi” nəşriyyatı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, tanınmış jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin “Ekran və ədəbi dil” kitabını çapdan buraxıb.

Bu barədə Strateq.az-a məlumat verən professor Qulu Məhərrəmli deyib ki, kitab yazılı və şifahi mətbuatda Azərbaycan ədəbi dilinin düzgün tətbiqi qaydalarından bəhs edir:

“Daha çox televiziya və radio verilişlərində ədəbi tələffüz məsələlərini önə çəkən əsər İranda Azərbaycan dilində yayım aparan teleradio kanallarının əməkdaşlarına kömək məqsədilə yazılıb. İranlı həmkarlarımıza kömək məqsədilə neçə il əvvəl eyni adda belə bir vəsait hazırlamışdım. Həmin vəsaitin işə yaradığını görüb üzərində yenidən işləyib təkmilləşdirdim. Hazırda nəşr olunan “Ekran və ədəbi dil” əsəri həmin kitabın yenidən işlənmiş nəşridir”.