XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 12:18

Bir qrup yazıçı “Əli və Nino” kitab mağazasını boykot edib –BƏYANAT

ali ve nino.jpg

Bir qrup yazçı və şair “Əli və Nino” kitab mağazasını boykot etdiklərini bəyan ediblər.

Strateq.az həmin bəyanatı oxuculara təqdim edir:

“Əli və Nino” mağazalar şəbəkəsi Azərbaycan ədəbiyyatına qoyduğu qadağa davam edir.

Onsuz da zəif olan kitab yayımı şəbəkəsi bu qadağa nəticəsində tamamilə iflic olmuşdur. Mağazalar şəbəkəsinin rəhbərləri isə ictimai etirazları nəzərə alaraq problemi həll etmək əvəzinə səhvlərində israr edir, öz monopolist maraqları naminə müasir dövr Azərbaycan ədəbiyyatının kitablar vasitəsi ilə oxuculara çatdırılmasının qarşısını almaq istəyir. Bu zehniyyətin fakturası Azərbaycan yazıçısına və oxucusuna kəsilir.

“Əli və Nino” mağazalar şəbəkəsinin müstəqil nəşriyyatlarla “centlmen sazişi” nəticəsində Azərbaycan yazıçıları çətin vəziyyətə düşmüşdür. Nəşriyyatlar yazıçılara heç bir qonorar ödəmir, “Əli və Nino” ilə iş birliyində olmayan nəşriyyatlarda çap edilən kitablar isə satışa çıxarılmır. Nəticədə Azərbaycan yazıçıları istismar edilir, onların kitablarından gələn gəlir nəşriyyat və mağazalar şəbəkəsi tərəfindən bölüşdürülür. Biz bu istismar sisteminə qarşı etiraz səsimizi ucaldırıq!”

Biz aşağıda imza edənlər “Əli və Nino” mağazalar şəbəkəsini boykot edirik!

Adı gedən mağazalar şəbəkəsi milli ədəbiyyata layiqli yer ayırana qədər onlara satış üçün kitab verməyəcək, ümumiyyətlə bu şəbəkə ilə bütün münasibətləri kəsəcəyik.

Bütün yazıçı və oxucuları boykota qoşulmağa çağırırıq.

Azad Qaradərəli

Əsəd Cahangir

İlqar Fəhmi

çinarə Omray

Mübariz Məsimoğlu

Etimad Başkeçid

Kazım Səlimov

Qəşəm Nəcəfzadə

Cavid Zeynallı

Əsəd Qaraqaplan

Sahilə İbrahimova

Könül Həsənqulu

Səidə Haqverdiyeva

Murad Köhnəqala

İlham Qəhrəman

Qismət

Cəlil Cavanşir

Şərif Ağayar

Mirmehdi Ağaoğlu

QanTuralı

Ağa Cəfərli

Zaur Xudiyev

Səxavət Sahil

Kənan Hacı

Elnaz Eyvaz

Aliyə

Rövşən Naziroğlu

Müşfiq Xan

Mübariz örən

İkinci Mahmud

ömər Xəyyam

Emin Piri

Səbuhi Məmmədli

Ulucay Akif

Mehriban Nağıyeva

Dilqəm Əhməd