XƏBƏR LENTİ

07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 11:34

Konsulluq Los Ancelesdə Azərbaycana dair kitabça nəşr etdirib –FOTO

azerbaycan-los-anc

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Los AncelesdəAzərbaycanadair kitabça nəşr edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Strateq.az-a verilən məlumata görə, “Azerbaijan:Land of Hope, Tolerance and Inspiration” adlı kitabçada Azərbaycanın zəngin musiqisi və mədəniyyəti, tarixi, güclü tolerantlıq və multikulturalizm ənənələri, iqtisadi inkişafı, enerji siyasəti, diplomatiyası və turizm potensialı haqda oxuculara məlumat verilir.

Kitabçada, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil dövlət kimiinkişafı, əldə etdiyi uğurlar və regionun lider dövlətinə çevrilməsi qeyd olunur. Nəşrdə, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol vurğulanaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin önəmindən, “Cənub Qaz Dəhlizi” layihəsinin istehsalçı, tranzit və istehlakçı ölkələrə verəcəyi uzunmüddətli faydalardan bəhs olunur.

Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən də danışılır.

Azərbaycanın zəngin mədəniyyətinin konkret faktlarla işıqlandırıldığı kitabçada, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəni irsinin qorunmasında, təbliğində və dünyada tanıdılmasında oynadığı önəmli rol qeyd olunur.

Nəşrdə, həmçinin dövlət tərəfindən təhsil sahəsinə və sosial innovasiyalara göstərilən yüksək diqqət nəzərə çatdırılır. Bu qəbildən, Azərbaycanda 2004-cü ildən bəri 3000 yeni məktəbin tikilməsi və bütün regionun ən güclü universiteti olan ADA Universitetinin təhsil sahəsində əldə etdiyi uğurlar barədə söhbət açılır.Həmçinin, “ASAN Xidmət” mərkəzlərinin dövlət idarəçiliyində şəffaflığın yaradılmasında oynadığı mühüm rol vurğulanaraq, “ASAN Xidmət” təcrübəsinin digər ölkələr tərəfindən də öyrənildiyi bildirilir.

Nəfis şəkildə tərtib olunmuş kitabçada mövzulara uyğun rəngarəng fotoşəkillər də öz əksini tapıb.

Kitabçanın ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, biznes dairələrinə, KİV-lərə, elm və təhsil ocaqlarına göndərilməsi planlaşdırılır.