XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 07:49

Facebook azərbaycanlı yazıçıya “təxəllüs” verdi

Mark Zuckerberg istedadlı yazar Qan Turalını rüsvayçı vəziyyətə salıb.

Bu haqda sosial şəbəkədə gileylənən ədib məsələni belə şərh edib: “Əziz dostlar, dünən Facebook mənim Qan Turalı adımla girişimə qadağa qoyub dedi ki, bu ad gerçək ada bənzəmir. Dostumdan xahiş elədim ki, məsələni həll eləsin, o da imzamın Qan hissəsindən sonrakı hissəsinə “Yazıçı” adı artırdı və nəticədə Qan Yazıçı Turalı adı alınıb. Düzdür, Facebook bu adı qəbul eləyib, lakin mən belə biabırçı vəziyyətə düşdüm. Bir dəfə də belə olmuşdu, onda da sənəddəki ad soyadımı yazmışdı, Facebooka müraciət etdikdən sonra düzəltdilər. İndi yenə müraciət etmişəm, ümid edirəm ki, düzəldəcəklər”.