XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 20:22

Ədəbi təlxəklər

Yaşar Süleymanlı

Nədənsə hər dəfə Bakıya səfər edəndə ədəbi mühütdən kənarda qalmağa, hər şeydən uzaqlaşıb sadəcə dostlarım və yaxınlarımla vaxt kecirməyə üstünlük vermişəm. Bu səfərimdə isə tam əksinə oldu. Vaxtımın böyük hissəsini, sadə dillə desək, qələm əhli ilə birgə kecirdim. Sadəcə bu insanları tanımaq! Bəlkə də, illərlə ürəyimdə qalmış hisslərimi bölüşmək isdəyimdən doğdu bu.

Deyə bilərəm ki, cox maraqlı və gözəl qələm sahibləri ilə həmsöhbət oldum, xüsusən də gənc yazarlarla. Bir necəsi ilə dosluq münasibətləri də qura bildim. Yalnız məni bir şey cox narahat etdi bu səfərimdə. Şeiri şeir kimi yazanlar, ən azından şeirin nə olduqun bilənlər yalnızca kənardan durub baxırlar. Meydan isə ədəbi təlxəklərindir. Yəni kimin adamı var, imkan var və ən əsası, kim daha cox yaltaqlanmağı bacarır, deməli, o, sarayın ən sevimli təlxəyidir.

Ortada yalnız bir qurup adam var, hansı ki, öz aralarında sıx birləşərək ədəbiyyatla, poeziya ilə məzələnməkdən həzz alaraq təlxəklik edirlər. Yazdıqları şeirlərin səviyyəsi Elzanın şerlərindən qat-qat aşağı olmasına baxmayaraq, özündən başqa hec kimi bəyənməyən, heca, qəzəl, qoşma, gəraylı və sair şer janrlarını, yumşaq desək, şeir hesab etməyərək öz mənasız söz yığınlarını şedevr dərəcəsinə qaldıran bu təlxəklərin arxasında duran müəyyən insanların sayəsində poeziyamız bu gün “Balaxanı zibilliyi”nə dönüb. Ən ürək ağrıdan isə odur ki, ədəbi tənqidcilərin (onsuz da barmaqla sayılacaq qədər az tənqidci var) üzərinə bu təlxək sürüsünü salmaqla işləməsinə mane olurlar.

Gəlin, sadəcə bir göz gəzdirək: üzdə olan neçə hecaçı şair, necə qəzəlxan var? Bəs, nə qədər ağ şeir yazanlar, nə dediyini özləri də bilməyənlər meydan sulayır ədəbiyyatımızda? Mən deyərdim ki, saysız-hesabsız.

Hecaçıların, qəzəlxanların toplaşdığı mühitin cayxana və pivəxanalardan o tərəfə kecmədiyi halda, bu təlxəklərə saraylarda və böyük tədbirlərdə söz haqqı verilməsinin arxasında kimlər və hansı məqsədlər durur?

Hə, bir də hər işdə AYB-ni günahkar tutmaq günün mövzusuna cevrilib. Məncə isə, AYB-də hec bir günah yoxdur. Günahı özümüzdə axtarmalıyıq. Bu təlxəklərin açıb keçdiyi qapılardan sizlər də keçə bilərsiniz. Sadəcə qalxın, bu qapıları açıb haqqınızı tələb eləyin, əziz şairlər! Gəlin, meydanı ədəbi təlxəklərə buraxmayaq!