XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 16:25

Xalq şairi Nüsrət Kəsəmənlinin əlyazması olan şeirlər dəftəri hərraca çıxarıldı –FOTOLAR

nusret-kesemenli

Xalq şairi Nüsrət Kəsəmənlinin əlyazması olan şeirlər dəftəri hərraca çıxarılıb.

Dəftər sosial şəbəkə vasitəsilə auksion və hərraclar təşkil edən səhifədə nümayiş etdirilir. Şeirlər üçün ilkin qiymət 200 manat nəzərdə tutulub. 

Strateq.az bildirir ki, Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli AzNews.az-a açıqlamasında atasına aid əlyazma şəklində olan şeirlər dəftərinin hərraca çıxarılmasından xəbərsiz olduğunu deyib.

Onun sözlərinə görə, bununla bağlı Kəsəmənlilər ailəsi məlumatlandırılmayıb: “Ola bilər ki, kimdəsə vərəqlər var. Nüsrət Kəsəmənlinin ailəsinin adından deyirəm ki, onun adına feysbuk səhifəsi yoxdur. Biz belə bir səhifə işlətmirik. Sadəcə şeirlərini paylaşanlar var”.

R.Kəsəmənli qeyd edib ki, əgər deyilənlər doğru olarsa, mərhumun varisi tərəfindən hüquqi addım atılacaq.