XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 23:16

Səddam Hüseynin"Ölümdən sonrakı lənət"i

seddam-huseyn

İraqın sabiq prezidenti Səddam Hüseynin romanlarından biri ilk dəfə Britaniyada nəşr olunacaq.

Kitabı ingilis dilinə tərcümə etdirən "Hesperus" nəşriyyatı romanı 2016-ci ilin dekabrında yayımlayacaq.

"Ölümdən sonrakı lənət"i S.Hüseyn 2003-cü ildə – İraqın Amerika işğalından qısa bir müddət əvvəl başa çatdırıb. 

Səddamın qızı Rahad əlyazmanı ölkə xaricinə çıxarıb. Mətn Fərat sahilində min beş yüz il əvvəl yaşayan bir qəbilə haqqındadır. "Hesperus" təfsilatı gizli saxlamağa üstünlük verir…

Mia.az