XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2015 - 16:03

Emil Rasimoğlu: “Ölü kitablar”a xeyir-dua verənlər

Və yaxud ədəbi “baltalar” haqda daşlama

Həə…Yenə yazmaq istədim, əziz oxucu!

İstədim deyəndə ki, vadar oldum. Ədəbiyyatımızdakı yaralı SöZ vadar elədi məni… Nə isə… Bilirəm, vaxtın azdır, keçirəm mətləbə. Bu dəfəki söhbətim yeni çap olunan kitablar haqqındadır. Bu gün ədəbi mühitdə silsilə kitablar çap olunur. “çox gözəl” deyirəm. çünki gözəlin də eybi olur. Bilirsən, problem kitabların çap olunmasında yox, artıq çap olunmuş bəzi kitablardadı. Daha doğrusu, bu tip “kitabların” çapına “yol” açıb ədəbi sferaya təqdim edən ədəbiyyat nümayəndələrindədi. Belə ki, necə deyərlər, sizi inandırım, bir bu qədər çap olunmuş kitabların səksən faizinə od vursaq, içindən bir misra belə olsun, səslənib “xilas edin, ölürəm” deməyəcək. Həə… “ölürəm” demişkən, deməli, kitab ölü doğulub. Ancaq maraqlı tərəfi burasındadır ki, hər vərəqi sanki bir qəbirə bənzəyən “şeir kitabları”, gəl görək, kimlərin adları ilə özünə yaşamaq hüququ qazandırır. Kitab çap olunur. İlk vərəqi açırsan ki, SöZün bu günə kimi güvəndiyi ziyalılardan birinin adı REDAKTOR kimi, birinin adı “öN SöZ”ün müəllifi kimi qeyd olunub. İnanın ki, bəlkə, heç redaktorun xəbəri olmayıb, kitabı oxumayıb. Müəllif ya bir zəng, ya bir görüşlə redaktoru təyin edib. “ön söz”ə gəldikdə isə, baxırsan ki, elə bil, “ön söz”ün müəllifi, “ön söz” yazmayıb, sanki yad ölüsünü qarşısına qoyub, bir doğma kəsini xatırlaya- xatırlaya ürəkdən ağlayır. çünki yazını oxuduqca görürsən ki, yazının kitabla heç bir bağlılığı yoxdur. Beləcə, əziz oxucu, bax, burda fikrimi tamamlamaq istəyirəm…

Demək, yenə özümü inandıra bildim ki, problem sapı (s)özümüzdən olan baltalardadır. Necə deyərlər, “od olmasa, tüstü çıxmaz”!