XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 İyul 2015 - 09:18

Tanınmış yazıçı tanınmış şairi təhqir etdi – Qalmaqal

Bu günlərdə “Ulduz” jurnalının və “Ədəbiyyat qəzeti”nin keçmiş baş redaktoru yazıçı Elçin Hüseynbəyli “teleqraf.com” saytına müsahibə verib. Müsahibə bəzi tərəfləri ilə diqqət çəkib.

“Ədəbiyyat qəzeti”nin hazırkı baş redaktoru Azər Turanın onun yolunu davam etdirdiyini, hakimiyyətdən ev və mükafat istədiyini deyən Elçin Hüseynbəylinin müsahibəsində ən diqqətçəkən məqam jurnalistin şair Qulu Ağsəslə bağlı yazıçıya ünvanladığı suala verdiyi cavab olub. Belə ki jurnalistin “Əvvəl “Ulduz” jurnalının baş redaktoru olubsunuz. İndi redaktor Qulu Ağsəsidir. Bəs keçmiş müavininizin çıxardığı dərgi necə, xoşunuza gəlir? Qulu müəllim sizdən nəyi yaxşı öyrənib, nəyi öyrənə bilməyib?” sualına Elçin Hüseynbəyli “Redaktorluğu yaxşı mənimsəyib, adamlığı yox” deyə cavab verib.