XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2015 - 10:23

Dünya şöhrətli azərbaycanlı həkimin yeni kitabı nəşr olunub

Bu günlərdə Ukraynada yaşayan həmyerlimiz, dünya şöhrətli həkim, tibb elmləri doktoru, professor Vaqif Rəhmanovun Azərbaycanda kitabı çap olunub.

“Müdrik sözlər” adlı bu kitabda tanınmış elm adamlarının, eləcə də pasientlərin Vaqif Rəhmanovun həyat və fəaliyyəti haqqında dəyərli fikirləri, müəllifin və dünya müdriklərinin həkim və həkimlik haqqında, xəstələr və sağlamlar barəsində, heyvanlar haqqında dediyi sözlər və digər düşüncələr toplanıb.

Vaqif Rəhmanov kimdir?

çağdaş Azərbaycanın dünyada tanınan, az sayda elm adamlarından olan Vaqif Məmməd oğlu Rəhmanov 300-dən artıq elmi əsərin, o cümlədən, 8 metodik tövsiyənin, 8 kəşfin, 30 səmərələşdirici təklifin müəllifidir. Uzun müddətdir, Ukraynada yaşayır. O, Beynəlxalq Kadrlar Akademiyasının fəxri professoru, Ukrayna Ali Təhsil Akademiyasının akademiki, Dnepropetrovsk Dövlət Universitetinin ümumi və Tibbi Psixologiya kafedrasının professorudur.

Qeyri-medikamentoz terapiyanın işlənib hazırlanmasına görə SSRİ üXTS-nin qızıl medalına, N.İ.Piroqov ordenə, Almaniya Hematoloji Assosiasiyasının H.V. Leybnits medalına, Yaroslav Mudrıy ordeninə, İrlandiyanın Sokrat adına Milli komitəsinin “Elm naminə” (The Name in Scence) fəxri mükafatına layiq görülmüşdür.

2013-cü ilin dekabrında Ukrayna dövlət başçısının sərəncamı ilə “Ukraynanın əməkdar həkimi” fəxri adını alıb.

“Müdrik sözlər” kitabını Azərbaycan türkcəsinə çevirən yazıçı Nəriman Əbdülrəhmanlı, redaktoru və nəşrə hazırlayanı isə şair Nizami Göydərəlidir.

Namiq