1977-ci ildə Altay diyarında anadan olub. Yeni nəsil Altay ədəbiyyatının aparıcı nümayəndələrindən biridir. Ardıcıl olaraq Rusiya mətbuatında şeirlərilə çıxış edir.
Bu uşaq şeiri sevmir və anlamır, eyni zamanda
Bircə sözü var: “cəhənnəmə ki!”
Mən də elə buna görə onu sevirəm
və demək olar, nifrət edirəm şeirə.
Onunla danışmağa söz tapmıram.
Ancaq bu elə də vacib deyil
Başımda dairələr,
Ki – no – E şəcərə ağacı kimi qarışıqdır beynim.
Amma bu da mühüm deyil,
Mən onun hərəkətlərini rahatlıqla izləyirəm.
O, mənimlə oynayır, sözlüklərdə olmayan sözlərlə,
Yəni məndən asılı deyil.
Sözlər, zibilliklər, müharibələr
Bu oyunda heç kim heç kimə “cəhənnəmə ki” – demir.
Bu axşam Ki – no – E – nin yaddaşına köçəcəyik.
Cinsiyyətin müəyyən edilməsimi?
Yox, xahiş edirəm, məni qarışdırmayın!
Mən şəcərəyə – filana inanmıram.
Hər şey eyni olur, bu qədər sıxıcı olmayın,
Amma yox, siz məndən daha ağıllısınız axı,
Birdən inciyərsiniz sözümdən.
Mən artıq şeir yazmayacağam, bu belə bilinə,
sən bir – iki yaxşı film məsləhət gör baxmağa.
Ağaclardan payızın ətri duyulur,
beynim uğuldayır kükrəyən dağ seli kimi,
Ona görə sözlərimə çox da fikir verməyin.
O da Ki – No – e – dən heç nə anlamayıb hələ ki,
Bu halı isə daha çox xoşuma gəlir…