XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2015 - 07:59

Kəlbəcərli şairin yeni kitabı çap olundu

Bu günlərdə Kəlbəcərdə doğulub-böyümüş, burada uzun illər təhsil sahəsində çalışmış və hazırda Mingəçevirdə qaçqın həyatı yaşayan şair Məhyəddin Məhərrəmoğlunun yeni şeirlər kitabı çap olunub.

Məhyəddin Məhərrəmoğlu 1942-ci ildə Kəlbəcərin Bağlıpəyə kəndində doğulub. Orta məktəbi həmin rayonun Qılınclı kəndində başa vurub. Gəncə Dövlət Pedaqoji İnstitutunu (indiki Gəncə Pedaqoji Universiteti) bitirib. Əmək fəaliyyətinə Kəlbəcərdə nəşr olunan “Yenilik” qəzetində müxbir kimi başlamış, sonralar təhsil sahəsində çalışmışdır.

Bu günlərdə nəşr olunan “Mürgüləyən qönçələr” kitabı onun “Ağlı-qaralı dünyam”, “Dünya həmin dünyadı” kitablarından sonra üçüncü kitabıdır. Kitabda şairin Kəlbəcər həsrətini, yurd ağrısını və vətən sevgisini ifadə edən şeirləri toplanıb.

Namiq