“Göz yaşlarımı udmuşam, heç kim bilməyib”
Əhməd Emin Atasoy 1944- cü ildə Bolqarstanda doğulub. 1968-ci ildə Sofiya Universitetinin türk filologiyası fakultəsini bitirib. Şair, tərcüməçi və araşdırmaçıdır. Şeirləri, araşdırmaları və tərcümələri müntəzəm olaraq bolqar və türk mətbuatında dərc olunub. 1989-cu ildən etibarən Türkiyədə ədəbi fəaliyyətini davam etdirir. İndiyə qədər 20-dən artıq kitabı çap olunub.
çağdaş bolqar ədəbiyyatının tanınan isimlərindən olan Əhməd Emin Atasoyun poeziyasından bir örnəyi oxucularımıza təqdim edirik:
Susuzluq
O qədər susuz qalmışam ki,
Bilirəm nələr çəkdiyini quru bir budağın,
Qovrulub, yanıb bişən sarı yarpağın.
O qədər susuz qalmışam ki,
Yaşadım səhraların ilğımlı ağrılarını,
Dilim – dilim dilimlənən çöllərin sancılarını.
O qədər susuz qalmışam ki,
çatlayan dodaqlarımla çəkmişəm canıma tərimi.
Göz yaşlarımı udmuşam heç kim bilməyib.
O qədər susuz qalmışam ki,
ürəyim getdi, özüm də bilmədən çox vaxt.
Qanımı içmişəm, qurudub damarlarımı.
Və hələ də susuzam,
Qupquru bir quyunun dibini görürəm.
Həmişə o susuzluğu hiss edirəm bütün bədənimdə.