XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

13 Sentyabr 2016 - 15:44

“Bu cür münasibət haradan qaynaqlanır?” –Rüstəm Behrudi yazıçı Anara üsyan etdi və...

behrudi-3

"Mən, az qala 30 ilə yaxındir ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı".

Strateq.az xəbər verir ki, bunu dünən doğum günü olan, tanınmış şair Rüstəm Behrudi "Feysbuk"da yazıb.

O, daha sonra təmsil ollunduğu və yazıçı Anarın rəhbərlik etdiyi Yazıçılar Birliyi haqqında fikirini belə davam etdirib:

"Ancaq indi baxıb görürəm ki, bu uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan Yazıçılar Birliyinin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində adımı çəkməyib.

Niyə? Görəsən, şeirləri türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır? Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər?".

Sonda isə şair birlikdən istefa verdiyini bəyan edib: "Yazıçılar Birliyinə üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm".